Hamiləliyin son 3 ayında qanama səbəbləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 18 278
Səs ver:
(səs: 2)
Hamiləliyin son 3 ayında olan qanamalar, hamiləliyin pis seyrli komplikasiyalarından biri olmağa davam etməkdədir. Hamiləlik seyrində yaranan ciddi və sıx qanamalar ana ölümləri və eyni zamanda körpə itkinlərinə səbəb olan əhəmiyyətli 3 səbəbdən biridir. Təəssüf ki, xəstələrin çoxunda yüngül bir qanama mövcuddur və bu az qanama da  həyatı təhdid edən bir vəziyyətə səbəb ola bilməkdədir. Hamiləliklə əlaqədar olmayan qanamalar daha az təhlükəlidir, az qan itkisinə səbəb olarlar və ana ilə körpənin həyatını daha nadir riskə soxarlar. Hamiləliyə aid qanama səbəbləri daha əhəmiyyətlidir və daha təhlükəlidir.
Hamiləliklərin  2-3%-ində 800 mlin üzərində qanamağa səbəb olan ən əhəmiyyətli iki hadisə; plasentanın  yerindən ayrılması və ya rəhmdə aşağı yerləşməsidir. Bunların xaricində bəzi qan xəstəlikləri, rəhmin bir zədə nəticəsi cırılması, plasentada bəzi damarsal problemlər nəticəsi də qanama ola bilər amma bunlar daha nadir meydana gələr.
Hamiləliyin son aylarında qanaması olan bir hamilə təqib və müalicə imkanları olan bir xəstəxanada qiymətləndirilməlidir. Plasentanın yerindən ayrılması vəziyyətində bəzən qanama çölə olmağa bilər. İç qanama keçirən hamilə ciddi qarın ağrısı, rəhmdə gərginlik, sərtlik hiss edər və ümumiyyətlə şok cədvəli ilə xəstəxanaya gətirilər. Plasental ayrılmanın səbəbi qəti bilinməməkdədir ancaq hadisələrin 50%i qədərində hamiləlikdə yüksək təzyiq vardır. Plasentanın aşağı məskunlaşmasında isə tanı ultrasonla qoyula bilər və izlənilər. Hamilənin istirahəti və əlaqə qadağanına uyğun gəlməsi istənər. Erkən diaqnozlar həyat qurtarıcıdır.
Tərcümə etdi:
PRETTY_GİRL

(səs: 2)
Şərhlər: 2
Baxılıb: 18 278
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri