Hamilə qadın necə geyinməli

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 18 539
Səs ver:
(səs: 0)
qadın, hamilə, olmalıdır, hamilənin, etməlidir, düzgün, qəbul, normal, Hamilə, lazım, etmək, Hamiləlik, məhsulu, maddələri, inkişafı, dölün, məhsulları, üstünlük, deyil, qidalanma 
Hamilə qadının geyimi təmiz, yumşaq, rahat və gen, hərəkətə mane olmayan və əlbəttə, mövsumə uyğun olmalıdır. Qadın alt paltarını tez-tez dəyişməlidir. Süd vəziləri böyüdükcə büsthalteri də dəyişmək lazımdır. Hamilə qadın sıx, süd vəzilərini, döş qəfəsini basan büsthalterlər geyməməlidir. Girdə corab bağları da geymək olmaz, çünki onlar ayaqların venoz damarlarını sıxır, qan dövranını pozur və venaların varikoz genişlənməsinə şərait yaradır. Corabları xüsusi rezinlə ya belbağıya, ya da xüsusi bandaja bənd etmək olar. Alt darbalağın rezini də sıx olmamalıdır. Böyüyən uşaqlığın və onun içində inkişaf edən dölun sıxılmasına yol vermək olmaz. Hamiləliyin artması ilə uşaqlığın ön qarın divarına təzyiqi də artır, bu da hərdən əzələlərin çox kenişlənməsinə, qarının sallanmasına və dölün uşaqlıq boşluğunda düzgün vəziyyətdə olmamasına gətirib çıxarır. Bütün bu ağırlaşmaların qarşısını almaq üçün hamiləliyin ikinci yarısında xüsusi bandaj geymək lazımdır. Onu uzanmış halda geyirlər. Bandaj uşaqlıq üçün daha bir dayaq rolunu oynadığından o qarnı yaxşı tutmalı, ancaq sıx olmamalıdır. Bandajın ipləri hamiləlik artdıqca onu genişləndirməyə imkan verir. Bandajı vaxtında (hamiləliyin 28-30 həftəliyində) və düzgün geyən qadınlarda qarın sallanmır və hamiləlik çapıqları az-az olur. Qadınların çoxu hamiləlik dövründə qədd-qamət-lərini və gözəlliklərini mümkün qədər çox saxlamağa çalışırlar. Bu tamamilə təbii və aydındır. Qarının ölçüsünü koketkalı paltarlar və köynəklər yaxşı gizlədir, onlar həm rahat, həm də gendir, bundan başqa, müasir dəbdə olan gen canlıqlar, gen yubkalar və örtüklər geymək olar. Dar, paltarlar, əksinə, hamilə qadının qəddinin bütün xüsusiyyətlərini qabarıq nəzərə çarpdırır. Bəzi moda jurnallarında gələcək analar üçün olan paltarların fasonları verilir. Paltar və köynəkləri yaxşı yuyulan parçalardan tikmək lazımdır.
Hamiləliyin vaxtı artdıqca qadının bədənin ağırlıq mərkəzi qabağa keçir. Müvazinəti saxlamaq üçün qadın gəzərkən bədəninin yuxarı hissəsini dala əyir, bu da fəqərə sütununun bel şöbəsinin daha da əyilməsinə gətirib çıxarır. Əgər hamilə qadın hündürdaban çəkmə geyirsə, onun ağırlıq mərkəzi daha çox qabağa çıxır, kürək əzələləri isə daha da gərginləşir. Bundan başqa, belə vəziyyət dölün başının çanağa düzgün düşməsinə mane olur. Hündürdaban ayaqqabılar az dayanıqlıdır, hamilə qadın belə dabanda asanlıqla burxulub yıxıla bilər. Bu da çox vaxt dölətrafı mayenin vaxtından qabaq xaric olmasına, qanaxmaya və vaxtından əvvəl doğuşa gətirib çıxarır. Bu isə həm ana, həm də uşaq üçün qorxuludur.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 18 539
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri