Hamiləlikdə şişkinlik necə keçər?

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 20 934
Səs ver:
(səs: 3)
Hamilə bir qadının gündəlik su ehtiyacı hamilə olmayanlara görə daha çoxdur. Körpə gözləyən bir ana namizədi hər vaxt olduğundan daha çox su içər, alınan bu mayenin bir qisimi bədəndə saxlanar və şiş meydana gəlir. Bu  şişlikləri aradan qaldırmaq üçün ana namizədlərinə təklifimiz var:

Ayaqlarınızı havaya qaldırın: Gün içində fürsət tapdığınızda ayağınızı bir stul ya da digər əşyaların üzərinə qoyaraq bir müddət havaya qaldırın. Bunu hər fürsətdə etməyə çalışın. Oturarkən ayağı  ayaq üstünə atmayın. Əgər işləyirsinizsə, axşamları evdə mümkün olduqca çox oturun.

Uzanın: Mümkün olduqca istirahət etməyə çalışın və sol yana dönüb uzanın.

Maye qəbul edin: Sanılanın əksinə şişlik vəziyyətində su içmək şişliyi artırmaz tam tərsinə azaldar. Əhəmiyyətli olan suyu məhdudlaşdırmaq deyil onu hərəkət etdirməkdir. Gündə ən az 8-10 stəkan su için.

Yeriyin: Nizamlı məşq və yeriyən qadınlarda şişliklər də daxil olmaq üzrə hamiləlikdə sıx görülən problemlər daha yüngül müşahidə edilər.

Rahat geyinin: Həddindən artıq sıx r paltardan uzaq durun. Rezini möhkəm corab və beli möhkəm şalvar geyməyin. Rahat və topuqsuz ayaqqabı geyin. Əgər şişliklər çox narahat edir və bərabərində ağrıya da səbəb olursa, corabı geyməniz faydalıdır. Bu məqsədlə hamilələr üçün xüsusi çıxarılmış corabları seçin.

Yediklərinizə diqqət edin: Duz məhdudlaşdırması ilk planda şişlikləri azalda bilər ancaq uzun dövrdə bir işə yaramağa bilər. Uyğun miqdarda duz alın. Yeməklərə çox duz əlavə etməyin bununla birlikdə duzsuz qidalara da yönəlməyin.

Həkim müayinənizə laqeyd yanaşmayın: Əgər şişlik birdən inkişaf edər və ya  həddindən artıq isə, yalnız ayaqlarda deyil üzdə və əldə də varsa, bilinməyən ciddi bir vəziyyət ola bilər.

/Mənbə: Qadınlar.biz/
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 20 934
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri