Gənc ana olmadan əvvəl...

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 2 579
Səs ver:
(səs: 3)
"Ana olmaq hər qadın üçün çox əhəmiyyətli və istənilən bir şeydir, lakin ana olmaq üçün aşağıda ifadə edilən şərtlərin təmin edilmiş olması lazımdır:
İnsanın özünü tanıması: İnsanın sərhədlərini yəni nə edib edə bilməyəcəyini, nələrə gücünün çatıb çatmayacağını, uşaq böyütmək mövzusunda nə qədər kafi olub olmadığını, uşaq böyütmək üçün nələrə ehtiyacının olduğunu bilməsi və bu əskiklikləri inkar etmək yerinə qəbul edib əskikliklərini aradan qaldırma yoluna getməsi, ana olma məsuliyyətini almağa hazır olduğunu göstərər.
Yetkinlik dövrünün bitmiş olması: Yetkinlik dövrü, bədəndəki hormon tarazlığının dəyişdiyi və buna bağlı olaraq psixoloji çətinliklərin yaşandığı dövrdür. Bu problemlərə bir də ana olmanın əlavə olunması bərabərində depressiya, bezginlik, istəksizlik kimi problemləri gətirə bilər.
Həyat yoldaşı rolunun yaxşıca qəbul edilmiş və oturmuş olması: Bir qadının ana olmadan əvvəl yoldaş olma vəziyyətini qəbul etmiş olması lazımdır. Çünki qadının bu ictimai rolu mənimsəmiş, daxililəşdirmiş və qəbul etmiş olması, onun elastik, səbirli və anlayışlı olmasını təmin edər. Gənc bir qadın üçün bu ictimai rolu mənimsəmək çətin bir vəziyyətdir. Bu xüsusiyyətləri meydana gətirməmiş bir qadın üçün yeni bir məsuliyyətin altına girməsi qaldıra bilməyəcəyi bir yük halına gələ bilər.
İctimai dəstəyin təmin edilməsi: Gənc ananın ətrafında ona kömək edəcək kəslərin olması lazımdır. Çünki bu sayədə gənc ananın yükü bir az azalar və özünə ayıracaq zaman tapar. Lakin bu dəstəyin dozasını yaxşı nizamlamaq lazımdır. Dəstək verən kəslər, "Bu işi bizə buraxın" deyib körpənin bütün məsuliyyətini alarsa, ananın dincliyi qaça bilər. Gənc ananın bu tarazlığı qura bilməsi çətin ola bilər.
Bu şərtlərin təmin edilmədiyi vəziyyətlərdə ana olmaq bir kef olmaqdan çıxıb külfət halına gələ bilər. Lakin bunların xaricində də gənc ana olmaq bəzi çətinliklərə yol aça bilər."
/Mənbə: Qadınlar.biz/

(səs: 3)
Şərhlər: 2
Baxılıb: 2 579
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri