Ana bətnində uşağın mimikası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 7 616
Səs ver:
(səs: 3)
İngiltərədə Durham və Lancaster universitetlərindən elm adamları, doğulmamış körpələrin ağrıya bağlı üz ifadələrini ana qarınında 'sınaq etdiklərini' açıqladı.
Araşdırmaçılara görə, körpələr, doğumdan sonra ağlama ya da mimikalarla necə ünsiyyət quracaqlarını daha doğulmadan öyrənirlər.
Ultrason nəticələrini araşdıran elm adamları, körpələrdə üz hərəkətlərinin hamiləlik dövründə başladığını, bu hərəkətlərin gülümsəmədən daha kompleks qaş və burun hərəkətlərinə qədər dəyişiklik göstərdiyini təyin etdilər.
Araşdırma qrupunun başındakı Dr. Nadja Reissland, körpələrdə normal inkişaf müddətinin bu mərhələsini tam olaraq anlamanın, həkimlərə ola biləcək problemləri yoxlamada köməkçi olacağını söylədi.
Dr. Reissland, "Doğulmamış körpələrin ağrını hiss edib edə bilmədiklərini hələ bilmirik. Təyin olunan hərəkətlərin, özlərini necə hiss etdiklərinə bağlı olub-olmadığı da açıq deyil" dedi.
Araşdırma nəticələrini qiymətləndirən Dr. Reissland, üz hərəkətlərinin, hisslərdən çox beynin inkişafıyla əlaqədar olduğuna inandıqlarını söylədi.
Araşdırmada ana qarınındakı səkkiz qız və yeddi kişi körpənin dörd ölçülü ultrason qeydləri araşdırıldı.
Daha əvvəl edilən araşdırmalarda da, hələ doğulmamış sağlam körpələrdə üz hərəkətlərinin hamiləlik əsnasında başlayıb inkişaf etdiyi təyin olunmuşdu.
Dr. Nadja Reissland, Körpələrdə hiss etdikləri ağrını izah edə bilmə bacarığının böyük əhəmiyyət daşıdığını, doğumdan sonra hiss etdikləri çətinliyi ya da ağrını ancaq bu sayədə ifadə edə bildiklərini ifadə etdi.

(səs: 3)
Şərhlər: 2
Baxılıb: 7 616
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri