Hamiləlikdə sağ tərəfə yatmaq riskli

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 31 241
Səs ver:
(səs: 5)
Yeni Zelandiyada bir araşdırma hamiləliyin irəli mərhələlərində sağa və ya arxa üstə yatmanın 'ölü doğum' riskini iki qatına çıxardığını təsbit etdi.
Yeni Zelandiyadakı Auckland Universitetində edilən bir araşdırma, hamiləliyin son dövründə sağ tərəfinə ya da kürək üstü yatan ana namizədlərinin ölü doğum etmə riskinin iki qat yüksək olduğunu ortaya çıxardı. 450 qadın üzərində edilən araşdırma, sol tərəfinə yatan qadınlarda ölü doğum riskinin min doğumda yüzdə 1.96, sağ tərəfinə ya da kürək üstü yatanlarda isə yüzdə 4ün üzərində olduğunu ortaya qoydu. Araşdırma daxilində 28inci həftədən sonra ölü doğum edən qadınlara həyat tərzləriylə əlaqədar suallar da soruşuldu və verdikləri cavablar sağlam doğum edən anaların cavablarıyla müqayisə edildi. Gecələri bir dəfə ya da daha az tualetə qalxan qadınlarda ölü doğum riskinin iki qat daha çox olduğu müşahidə edildi. Gün içində nizamlı olaraq yatan qadınlarda da risk daha yüksək çıxdı.
Qıçlardakı qan axışını azaldır.
Nəticələr ölü doğum riskini artıran yaş, siqaret vərdişi, bədən kütlə indeksinin yüksək olması kimi faktorlar göz qarşısında saxlanıldığında da dəyişmədi. Araşdırmaçılara görə, kürək üstü ya da sağ tərəfə yatmaq, qıçlardakı ana damarlardan ürəyə olan qan axışını azaldır və bu da ana qarınındakı körpəyə təsir edir. Araşdırmaya qatılan Dr. Lucy Chapel, hamilə qadınların dörddə birinin  sol tərəfə yatdığını və o mövqenin körpə üçün ən yaxşısı olduğunu söylədi. Ancaq doğru yuxu mövqesinin ölü doğumları tamamilə maneə törətməyəcəyini ifadə edən Chappel, ana namizədlərinin digər risk faktorlarına diqqət yetirmələri mövzusunda da xəbərdarlıq etdi.
(səs: 5)
Şərhlər: 1
Baxılıb: 31 241
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri