Normal doğuşun faydaları nədir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 26 144
Səs ver:
(səs: 5)
Doğuşdan əvvəl qadınlar stress keçirir və qorxuya düşür. Doğuşun necə olmasına, həkimlərlə yanaşı, bəzən cütlüklərin özləri də qərar verir. Bəzən isə doğuş gözlənilmədən baş verir. Hər hansı problem yoxdursa, həkimlər hər şey kimi uşağın da normal qayda ilə dünyaya gəlməsinin tərəfdarıdır. Çünki normal doğuşun bir çox faydaları var. Adından başa düşüldüyü kimi normal doğuş elə normal (digər adı vajinal) doğuşdur. Buna görə də qeysəriyyə əməliyyatı ilə baş tutan doğuşdan daha üstündür, ana və körpə üçün də faydalıdır. 

Normal doğuşun uşağa faydaları
  • Normal doğuşla dünyaya gələn körpələrin tənəffüs sistemində əksərən heç bir problem olmur. Bunun səbəbi uşağın doğuş kanalından keçərkən məruz qaldığı təzyiqin ağciyərindəki amnion suyunun atılması kimi düşünülür. 
  • Körpənin normal doğuş əsnasında doğuş kanalından keçərkən ağzı ilə təmas etdiyi bakteriyaların immunitent sisteminin inkişafında faydalı rol oynadığı güman edilir. 
  • Normal doğuşun yaxınlaşdığı ərəfədə uşaqda meydana gələn hormonal dalğaların uşağın doğuşdan sonra ana ilə əlaqəni qırmasında faydalı olduğu düşünülür. 
  • Normal doğuşda körpədə ifraz olunan endorphin hormonu (xoşbəxtlik hormonu) uşağın kordon qanında təsdiq olunub. Bu hormonlar uşağı xarici mühitə hazırlayır. 
  • Normal doğuşla dünyaya gələn körpələrin ana südünü daha yaxşı qəbul etdiyi təsdiq olunub. 
  • Normal doğuşdan sonra ana ilə körpə arasında dəri təması daha sürətli və asan başa gəlir. Bu təmas körpənin anaya bağlanması və inkişafı baxımdan çox vacibdir. 
  • Normal doğuşla dünyaya gələn körpələr, qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpələrdən daha az nəzarət altında saxlanılır. 
Normal doğuşun anaya faydaları 
  • Normal doğuşdan sonra ananın yaxşılaşması və gündəlik həyata dönmə sürəti çox qısa olur.
  • Normal doğuşla dünya uşaq gətirən analar xəstəxandan daha tez çıxırlar. Bu həm sağlamlıq, həm də maddiyyat baxımdan ailələr üçün daha münasnibdir. 
  • Normal doğuşla dünyaya uşaq gətirən analar böyük güvən və uğur əldə etdiyini hiss edir. 
  • Normal doğuş nəticəsində dünyasını dəyişən anaların sayı, qeysəriyyə nəticəsində dünyasını dəyişən anaların sayından daha azdır. 
  • Normal doğuş edən ananın bətnində kəsik olmadığı üçün sonrakı doğuşunu da normal yolla etmək şansı yaranır. Gələcəkdə baş verə biləcək qarın əməliyyatları üçün heç bir risk almır. 
  • Normal doğuşdan sonra infeksiya və qanama kimi hallar daha az baş verir. 
  • Normal vajinal doğuş edən ananın doğumdan sonrakı ağrıları digər doğuş növünə görə daha az olur.
(səs: 5)
Şərhlər: 3
Baxılıb: 26 144
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri