Doğuşdan sonra seks: Təhlükə, yoxsa həzz?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 24 896
Səs ver:
(səs: 5)

Doğuş qadın həyatının dönüş nöqtələrindən biridir. Uşaq dünyaya gətirdikdən sonra yaşayacağınız fiziki-mənəvi dəyişikliklər intim həyatınızdan da təsirsiz ötüşməyəcək. Bəs doğuşdan sonra intim həyatda hər şey əvvəl olduğu kimi olacaq, yoxsa..?Bununla bağlı bəzi bilgiləri təqdim edir

 

İlk həftələrdə seksə qarşı istəksizlik yaşayırsınız?

Doğuş sonrası seks istəyi müəyyən müddətə azala bilər. Bu, əsaəsn, qadının psixoloji halıyla əlaqədar olur. Seks istəyi 12-ci həftədən sonra əvvəlki vəziyyətinə dönür. Əslində doğuşun ilk həftələrində müvəqqəti yaranan ağrılar kəsilənə kimi bir-birinizdən uzaq durmağınız daha məsləhətlidir. Əks halda ağrılarınız arta bilər. Belə halda həkim məsləhətilə müəyyən mazlardan istifadə edə bilərsiniz. Mütəxəssislərin sözlərinə görə, cütlüklər doğuşdan sonrakı 3 ay ərzində ehtiyatlı davranmalı, intim həyatı mümkün qədər az yaşamalıdırlar. Amma aranızda seks olmasa belə, bunu problemə çevirmədən, sadəcə gözləyin. Həyat yoldaşınızla aranızda olan hiss bağlılığını itirməməyə çalışın. Bu, müvəqqəti problemdir. Ona hər şeyi izah edin və inanın, həyat yoldaşınız bunu normal qəbul edəcək.

 

Sinə və seks

Yataqda aktiv pozalardan imtina edin. Əgər körpənizi ana südü ilə yedirirsinizsə, seksdən əvvəl uşağınızı əmizdirin. Südün axması seksual istəyinizi zəiflədə bilər.

 

Qorunma

Yeni ana olan xanımlara qorunmaq məsləhət görülür. Çünki, yeni ana olmanız hamilə qalmaq ehtimalını azaltmır. Fasiləsiz doğuşun isə orqanizmə böyük ziyanı var. Qeysəriyyə əməliyyatı ilə doğuş edən qadınlar isə daha diqqətli olmalıdırlar. Normal tikiş yerlərinin bərpa olunma müddəti 7-15 gün arasıdır. Ağır əməliyyatlar keçirən qadınlar isə daha uzun müddət – 3-10 həftə müddətində intim həyatdan imtina etməlidirlər.

 

Yeni ata olmuş kişilər – Diqqətli olun!

Təbii ki, yeni doğulmuş körpəniz sizinlə eyni otaqda yatacaq. Seks zamanı onu başqa otağa keçirə və ya özünüz başqa otağa keçə bilərsiniz. Körpənin oyaq olması məsləhət deyil. Sizə manə ola bilər. Aparılan təcrübələr göstərir ki, doğuşdan sonra cütlüklər arasında cinsi istəyin azalmasının əsas səbəblərindən biri yuxusuzluq problemidir.

İlk günlər bərabərlik yaşaya bilməsəniz də birlikdə vaxt keçirməyə, xanımıza mənəvi dəstək olmağa çalışın. Körpənin doğumu əvvəlki intim münasibətlərinizə təsir edəcəyini düşünürsünüzsə, xanımızla bu barədə bölüşün. Çünki, o da sizinlə eyni fikirdə ola və bunu dilə gətirməyə utana bilər.

(səs: 5)
Şərhlər: 5
Baxılıb: 24 896
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri