Hamiləliyin dördüncü həftəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 26 766
Səs ver:
(səs: 1)
Qadın
Əgər əsassız əsəbilik, yorğunluq, hiss edirsinizsə, süd vəzilərində şişkinlik, giləlrində qeyri –adi həssaslıq varsa, demək, yumurtalığınızdakı sarı cism durmadan çalışır. Bu onu göstərir ki, siz hamiləsiniz. Lakin qeyd etmək lazımdır ki, bu kimi hallar növbəti aybaşıdan bir az əvvəl də baş verə bilər. Bu hamiləlikdir, yoxsa, yox? Xoşbəxtlikdən bu sualları cavablandırmaq mümkündür.

Bu həftə sizin orqanizminizdə yeni hormon  xorion qonadotropin yaranır. Apreklərdə reseptsiz satılan xüsusi test – sistemlərlə sidikdə bu hormonu müəyyən etmək olar. Ev şəraitində test etmək çətin deyil, təlimata istinad etmək kifayətdir. Test müsbət nəticə göstərirsə, demək siz hamiləsiniz. Daha yaxşı olar ki, bu testi qarşıdakı həftə də keçirəsiniz, bu zaman xorion qonadotropinin səviyyəsi artır.

Birinci həftənin tövsiyələri qüvvədə qalmaqdadır.

Unutmayın ki, ilk 12 həftə gələcək uşağınızın inkişafında məsuliyyətli, kritik dövrdür. Səhv etmək olmaz, bu sizə baha başa gələ bilər. Sizi narahat edən bir şey varsa, mütəxəssisə müraciət edin.

Gələcək uşaq
Bu həftə nə baş verirsə, döl üçün son dərəcə vacibdir. Bu zaman rüşeymdənkənar orqanlar fəal şəkildə inkişaf etməyə başlayır. Bunların sayı üçdür – horion, amnion və sarılıq kisəsi. Yəqin ki, bu sözlər sizə çox az şey deyir. Lakin geniş insan auditoriyasına tanış olmayan bu «təvazökar» orqanlarsız körpənin sonrakı inkişafı qeyri –mümkündür. Məhz buna görə təbiət rüşeymin hüceyrələrinin inkişaf sürətini azaldıb, bütöv bir həftəni həmin orqanların təcili «quraşdırılmasına» səfərbər etmişdir.

Rüşeymdənkənar orqanların fəaliyyətini qısaca belə təsnif etmək olar. Körpənin qidalanması, tənəffüsü, biokimyəvi dəstək və hərtərəfli müdafiəsi. Xorion nəticədə ciftə, (aşağıya bax), amnion isə döl kisəsinə çevrilir ki, bu barədə sonra danışılacaq.

Maraqlıdır ki, bu orqanların yaranmasında ata genləri daha fəal çalışır, nəinki ana genləri. Kişilərin əzəli –əbədi vəzifəsi – məsuliyyətini daşıdığı kəslərin həyat və müdafiəsini təmin etmək, hətta, genetik tərzdə də təzahür edir (ifadəli desək, spermatozoid tək hüceyrədən ibarət olsa da, «özünü əsil kişi kimi aparır»).

Uşağınıza gəldikdə isə, orqanizm, indi bir neçə təbəqədən ibarət dairəvi lövhəni xatırladır. Hər bir təbəqə müxtəlif orqan və toxumaların yaradıcısı vəzifəsini daşıyır. Amma bütün bunlar yaxın gələcəkdə baş verəcək.

Soldakı şəkil rüşeymin həftənin əvvəlindəki görünüşünü, sağdakı şəkil isə 6 7 –gün ərzində baş verən dəyişiklikləri əks etdirir. Sizin körpəniz göy rəngli şaquli zolağa bənzəyir.

Təsəvvür etmək çətindir ki, 9 aydan sonra
bu, insan olacaq, elə deyilmi?

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 26 766
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri