Hamiləliyin səkkizinci həftəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 17 632
Səs ver:
(səs: 1)
Beləliklə, siz bir aydır ki, intizarla növbəti aybaşını gözləyirsiniz. Əgər indiyədək həkimə müraciət etməmisinizsə, indi tam zamanıdır. Qadın məsləhətxanasına müraciət edin və genetiki ziyarət  edin (əgər indiyənədək onun yanında olmamısınızsa).

İlk ziyarətdə hamiləliyinizin fərdi müşahidə cədvəli tərtib ediləcək. Buraya laborator müayinələr də daxil ediləcək.

Sidikdə zülalın, leykositlərin, xroniki qonadotropinin analizi.

Baza arterial təzyiqin ölçülməsi.

Çəki (bədənin çıxış çəkisi).

Çanağın ölçülməsi.

Qanın ümumi, RW və BİÇ, rezus –faktor və s. analizi.

Yaxıntılar (bəziləri sonrakı müddətdə təyin edilə bilər).

Ailə və mama anamnezi.

Siz doğuşla bağlı harada və nə vaxt psixi –proflaktik hazırlıq kursu keçmək üçün məlumat alacaqsınız.

Səhhətinizin və anamnezinizin xüsusiyyətləri nəzərə alınaraq, ehtiyac olarsa, əlavə müayinələr təyin ediləcək.

Həkim –genetik irsiyyətinizi araşdıracaq və lazım gəlsə, prenatal diaqnostik (dölün şikəstliyinə səbəb olacaq ağır xəstəlikləri aşkara çıxaran tibbi araşdırma) tədbirlər görəcək.

Həkim müayinəsinin sayı və müddəti hamiləliyi necə keçirmənizə bağlıdır.

I-ci həftənin tövsiyələri əvvəlki kimi aktualdır.


Gələcək uşaq
Ürəyin «cilalanması» başa çatmaq üzrədir – bölmələrin arakəsmələri tamamlanır.

Ürəklə böyük qandaşıyıcı damarların əlaqəsi yaxşılaşır.

Mədə aşağıya enir və qarın boşluğunda öz yerini alır. Mədə əzələlərinin sinir elementləri ilə «təchizatı» başlayır (bu, gələcəkdə qidanın mədə boşluğunda düzgün hərəkəti üçün lazımdır.

Tüpürcək vəzisinin təməli qoyulur.

Sümüklər, hətta oynaqlar da fəal inkişaf edir. Üst dodaq formalaşmağa başlayır (müəyyən hissləri sıxılır). Əgər uşağınız oğlandırsa, bu həftə yumurtaların formalaşması prosesi gedir.

Ultrasəs skaneri bu həftə rüşeymin baş və çanaq ətraflarını, hətta «kürək» və «qarın» hissələrini ayrıd etməyə imkan verər. Bel sütununu, hətta gözlərini (tibbi dildə desək, göz çanaqlarını) görmək mümkündür.

Düşünürsünüz ki, asandır? Sizi əmin edirik ki, belə deyil.

Körpənin uzunluğu təpəsindən yançağına qədər cəmi 8 11 mm!  

 Embrion «profildən» belə görünür.
  «Arxadan»
  «Anfas»
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 17 632
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri