Hamiləliyin on birinci həftəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 19 397
Səs ver:
(səs: 2)
Qadın
Əhvalınızın sonsuz dəyişkənliyindən, yəqin ki, bezmisiniz. Qadınların çoxu bu zaman menstruasiya qabığı emosional gərginlik (qıcıqlanma, narahtlıq və ya anlaşılmaz nigaranlıq, ağlağanlıq) hiss edirlər.

Bütün bunların səbəbkarı yenə də orqanizminizdəki hormonal dəyişiklikdir.

Hər bir qadın bu emosional xassədən bacardığı kimi çıxmağa çalışır. Kimsə başını ev işləri ilə qatır, kimsə diqqətini hobbisinə yönəldir.

Bəzi qadınlar təsdiq edirlər ki, ən yaxşı üsul əhvalruhiyyəni nəzarətə almaqdır:

Meditasiya ilə məşğul olma (istənilən üsul, məsələn, yoqaların sahəsindən ola bilər) işə yarayır, bu zaman xüsusi musiqidən də istifadə etmək olar (müvafiq kasset və kompakt – disklər satışda var). Professional psixoterapevtin köməyi effektli ola bilər.

Əlbəttə ki, sizin dəyişkən əhvalruhiyyənizın ağırlığı həyat yoldaşınızın çiyinlərinə düşür. O, sizi anlamalıdır. Sevən insan sizə yardım etmək üçün özündə qüvvə tapacaq. həm də bu yardım çox vaxt halınıza yanmaqdan, səbrlilik, nəzakətli münasibətdən, ağlayıb ürəyinizi boşaltmaq üçün çiynini dayaq etməkdən ibarət olur. (əgər buna ehtiyac varsa) Elə bu? Bununla belə, ərinizə təşəkkür etməyi unutmayın, çünki bu mürəkkəb zamanda belə bir dəstək kişilərə bütün qüvvələrini səfərbər etmək hesabına başa gəlir.

Əgər psixoloji problemlər sizi qəti şəkildə tərk etmirsə, üstəlik artırsa, mütəxəssisə müraciət edin. Unutmayın, 100 haldan 99 da sizin çətinliklərinizi tez və effektli dəf etmək olar!

Birinci həftənin tövsiyələri əhəmiyyətini itirməmişdir. Həkimin qəbulunda isə yəqin ki, olmusunuz.

Gələcək uşaq
Böyüyürük! Körpənin çəkisi artıq 7 qrama yaxındır.

Görkəmi hələ ki, qeyri –adidir: qollar ayaqlarından (ona görə də daha tez inkişaf edir) uzundur.  Başının ölçüsü mütəəssir edir. lakin narahat olmayın – doğuş ərəfəsində bu uyğunsuzluq götürüləcək (neçə illər  və aylar öncə siz də eyni ilə belə görünürdünüz). Bu həftə döş qəfəsinin formalaşması başa çatır. Əl ilə pəncə barmaqları inkişafını davam etdirir.

Yeniliklər: qüzehli qişa (göz almasının bir hissəsi belə adlanır və gözlərinizin rəngini bu hissə müəyyən edir).


Sonoqramda dölün görünüşü.
(səs: 2)
Şərhlər: 0
Baxılıb: 19 397
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri