Hamiləliyin on ikinci həftəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 12 801
Səs ver:
(səs: 0)
Qadın
Bu həftə hamilələrin əhvalruhiyyəsində «köklü dönüş» həftəsi kimi qeyd edilir. Ümid edirk ki, siz də bu xoşbəxtlərin sırasındasınız və erkən toksikoz «hücumlarını» zəiflədib.

Cift hamiləlik üçün vacib olan hormonların istehsalında əsas aparıcı rolu öz üzərinə götürür. Yadınızdadırsa, əvvəl bu, yetişmiş yumurta hüceyrəsinin yerində yaranmış sarı cismin səlahiyyətində idi. Məhz bu, 2,5 ay ərzində sizə əziyyət verirdi.

İndi sevinə bilərsiniz: Sarı cisim solmağa başlayıb. lakin siz alicənablıq göstərin – onun bütün «şıltaqlıqlarını» unudun və onu xoş sözlə yola salın.

Hər halda qiymətli körpənizin dünyaya gəlməsində o Sarı cismin  də xidməti var, həm də az deyil!

Təəssüf ki, bəzi hamilələrdə toksikoz bundan sonra da davam edə bilər. Xüsusən çoxdöllü hamiləlikdə.

Gələcək uşaq
İnkişaf tam gücü ilə gedir. Körpənizin qaraciyəri  artıq öd (bu maddə gələcəkdə qida piylərinin həzmi üçün lazım olacaq) istehsal etməyə başlayır.

Bağırsaqlar güclərini sınamağa təşəbbüs edir – bu həftə onlarda müntəzəm yığılma müşahidə olunur. Bu peristaltik yığılma adlanır. Məhz bu yığılma sayəsində qəbul edilmiş qida ağız boşluğundan (bilirsiniz haraya) … qədər hərəkət edir, əksinə deyil.

Baş beyin inkişafını davam etdirir. İndi o, böyüklərin baş beyninə bənzəyir, lakin minatür variantında.  Əlbəttə ki, təəccüblü deyil – körpənizin çəkisi təqribən 13 14 qramdır, ümumi uzunluğu isə 9 sm!
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 12 801
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri