Hamiləliyin on dördüncü həftəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 10 626
Səs ver:
(səs: 2)
Qadın
Nə zamansa «hamiləlik» anlayışı üzərində düşünmüsünüz? Rus dilindəki anlamı «bremya» (ağır yük, ağırlıq) sözü ilə bağlıdır. Hamiləlik həqiqətən çətin prosesdir. Bir də buraya erkən toksikoz  əlavə edilsə, vəziyyəti təsəvvür etmək çətin olmaz. Bu da paradoks sayıla bilər – qadınların çoxu təsdiq edir ki, hamiləliyi məhz toksikozun hücumları zəifləyəndən sonra dərk etmişlər.

Bununla belə, bu paradoks deyil, sözlərin oyunudur. Həqiqətən, analıq hissi ən çox birinci və ikinci rüblərin sərhədində oyanır Getdikcə güclənən bu hiss, şübhəsiz qadınların yaşadıqları ən qiymətli duyğudur. Bu hissdən həzz alın, bu hissi dəyərləndirin və qoruyun. Məhz bu hiss hamiləlikdə yan keçilməsi mümkün olmayan irili –xırdalı çətinliklərin öhdəsindən gəlməkdə hər bir  dava – dərmandan artıq yardım edəcək.

Beləliklə, siz hamiləliyinizin çiçəkləndiyi dövrün astanasındasınız. Buna görə də müxtəlif əngəllərlə mübarizə taktikasını müzakirə etməyəcəyik – bunun üçün vaxtınız olacaq.

Gələcək uşaq
Dölün uzunluğu  indi 12,5 sm

Körpə artıq sidik hasil edir və onu dölyanı suya ifraz edir. O, dölyanı (amniot mayesi) suyu ağciyərə çəkib, sonra itələyərək ağ ciyərdən çıxarır, bir növ tənəffüs prosesini məşq edir.

Mədəaltı vəzi insulin- maddələr mübadiləsi  və boy üçün vacib hormon hasil edir.
(səs: 2)
Şərhlər: 0
Baxılıb: 10 626
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri