Hamiləlik
zamanı cinsi yaxınlıq ər –arvad arasında bəzən çox müzakirə olunur,
bəzən də bu barədə heç danışılmır. İnsanların əksəriyyətinin bu dövr
üçün seks barədə düzgün təsəvvürü yoxdur. Bunu müzakirə etməyin tam
vaxtıdır.
Ümumiyyətlə, hamiləliyin ilk rübündə toksikozun əldən
saldığı qadınlarda seksual fəallıq aşağı düşür. Kişilərdə isə bu əvvəlki
səviyyəsində qalır. Ona görə də hamiləliyin ilk 12 həftəsində cinsəl
həyat alternativ formada (adi vaginal yaxınlıq vacib deyil) davam edə
bilər.
İkinci rübün gəlişi və qadının əhvalının yaxşılaşması ilə onun seksuallığı arta bilər.
Cinsi
həyat (libido) artır. Hamilənin orqanizmində qan dövranı gücləndiyi
üçün qadının xarici cinsiyyət orqanının sekresiyası güclənir və erogen
sahələrin həssaslığı artır. Bunun nəticəsində cinsi yaxınlıq zamanı
qadının orqazm hissi ehtimalı artır. Bəzi qadınlar multiorqazma nail
orlurlar. Statistik hesablamalara görə, qadınların böyk əksəriyyəti
orqazmı ilk dəfə bu dövrdə hiss etmişlər. Kişilərə gəldikdə isə, bir
çoxu narahatlıq hiss edirlər – cinsi akt döl üçün təhlükəli deyilmi?
Bəzi gələcdək ataları «dilsiz şahidin varlığı» faktı sıxır, yəni
məhəbbət aktı zamanı «qonşuluqda» dölün olması.
Şübhələrinizi
aradan qaldırmaq üçün demək lazımdır, bu dövrdə cinsi yaxınlığı
məhdudlaşdırmaq üçün çox az səbəb var. Bu səbəblər barədə yəqin ki,
ginekoloqunuz sizi xəbərdar etmişdir. Əgər bu məsələ ilə bağlı
narahatlığınız varsa, həkiminizlə məsləhətləşin.
Bütün başqa
hallarda «olsun, olmasın» dilemması yoxdur. Əlbəttə ki, olsun. Əvvala,
döl qişa ilə, dölyanı sularla etibarlı qorunur, adi cinsi aktla dölə
xətər yetirmək mümkün deyil. İkinci, arzuolunmaz hamiləliyin ər –arvadı
əsas məsələdən qətiyyətlə ayırdığı anlar o qədər də çox olmur.
Nəhayət,
valideyinlərinin məhəbbət aktından dölün nə hiss etdiyini yüz faiz
bilmək mümkün deyil və onun da bu hadisədən bir şey anlaması ehtmalı
azdır. Əgər körpə bir şey anlasa, bunu böyüklərdən daha düzgün və daha
təbii qəbul edəcək. Əslində bu, harmoniyasına görə həyat bəxş edən
təbiətin ən möhtəşəm aktıdır. Onun üçün də, burada utanılacaq heç bir
şey yoxdur.
Gələcək uşaq
Döl böyüməkdə
davam edir və özünü ana bətnindən xaricdəki həyata hazırlayır. Bu həftə
artım var – sizin oğlunuzun və ya qızınızın qaşları çıxmışdır!
Dölün çəkisi təqribən 420 qramdır, boyu 27,5 santimetrdir.