Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hamiləliyin iyirmi altıncı həftəsi
Hamiləliyin iyirmi altıncı həftəsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 6356
Səs ver:
Qadın
Sizin monopoliyanız bitmişdir. Körpənizin hərəkətlərini indi ailə üzvləriniz də hiss edə bilərlər. Öncə mütləq atanı sevindirin (əgər əvvəllər ona bu imkanı yaratmamısınızsa).

Yeni bir çətinlik – yataqda yuxu və istirahət üçün rahat hal axtarışları. Axı hər zaman sol böyrü (yeri gəlmişkən, daha məsləhətdir), ya sağ böyrü üstə uzanmaq da mümkün deyil! Həm də ailə üzvlərini gecələr narahat etmədən vanna otağına, mətbəxə keçmək imkanınız da olmalıdır. Hamilələr üçün xüsusi çoxfunksiyalı döşəklər istehlakçıları razı salır. Təəssüf ki, satışda belə döşəklər yox dərəcəsindədir. Ona görə də əvvəlki varianta qayıdın – yastıqlardan quraşdırdığınız mürəkkəb konstruksiya həyatınızı yüngülləşdirə bilər. Bircə problem var – yastıqlar çox yer tutur və ailə yatağında Ana olmağa namizəddən başqa kimsəyə yer çatmaya bilər.

Gələcək uşaq

Körpəniz daxilinizdə və çevrənizdəki bütün səsləri eşidir. Müəyyən qədər əvvəllər  də bunu bacarırdı, lakin indi göstəricilər daha yüksəkdir. Varisinizi nazlayın! Axı əvvəllər o, əsasən, ürəyinizin döyüntüsünü, bağırsaqlarınızın qurultusunu, məişət səslərindən – vanna otağındakı suyun, tozsoranın səslərini, qırıq qırıq söhbətləri, «Santa Barbara» nın musiqi və qəhrəmanlarının dialoqlarını dinləməyə məhkum olmuşdu.

İndi onunla bərabər Mosartı, Vivaldini, Çaykovskini, Strausu dinləməyin vaxtıdır. Müasirləri də unutmayın, satışda məxsusi uşaqlar üçün oranjman edilmiş hit musiqi və mahnıların kompakt – diskləri var. Məsələn, «Məhəbbətin zərif mahnıları» və s. Təbiətin təbii səsləri də işə yaraya bilər.

Əslində, bunu əvvəl də etmək olar. Heç kim şübhə etmir ki, siz məhz belə də etmisiniz!

Körpəniz 800 qramı haqlayır, uzunluğu  isə 32,5 santimetrdir.

Şərhlər:
Baxılıb: 6356
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz