Hamiləliyin iyirmi doqquzuncu həftəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 24 989
Səs ver:
(səs: 1)
Qadın
Üçüncü rübə xoş gəldiniz!

Döl böyüməkdə davam etdiyi üçün siz getdikcə daha çox diskomfort hiss edə bilərsiniz. Bu da təbiidir, böyüməkdə olan uşaqlıqla qonşuluqda sizin daxili orqanlarınız sıxılmağa başlayır. Xoşagəlməz halı azalmaq üçün qamətinizi dik tutun, müvafiq (bağırsaqlarda qaz yaradan  sellülozalı  ərzaqdan az istifadə edin), fiziki hərəkət və istirahətə diqqət yetirin. Bununla belə, tənəffüsünüzün çətinləşməsi, beldə və ayaqlarda ağırlıq, xoşagəlməz durum davam edə bilər. Dözümlü olun!

Gələcək uşaq
Döl doğuşa və ana bətnindən kənarda yaşamaq üçün hazırlıqlarını edir. Orqanizm, bədəninin temperaturunu tənzimləməyi az –çox öyrənmişdir. O qırmızı qan diyircəklərinin hasili üçün tamamilə sümük beyini məşğuldur. Körpə gün ərzində dölyanı sulara təxminən yarım litr sidik ifraz edir.

Dölün tərpənişləri bir qədər başqa xaraktekr almağa başlayır. Küt atışları  dirsək və dizlər ilə təpikləmələr, dümsükləmələr əvəz edir. Bu da qanunauyğundur, çünki döl xeyli böyümüşdür və uşaqlıqda yeri darlaşır. Bu hərəkətləri  diqqətə alaraq körpənin vəziyyətinə nəzarət etməyə çalışın.

Dölün çəkisi təxminən 1150 qramdır.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 24 989
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri