Hamiləliyin otuz birinci həftəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 25 421
Səs ver:
(səs: 3)
Qadın
Qarnınızın həcmi artmaqdadır, döş qəfəsi və çanaq nahiyəsində sizi narahat edən xoşəgəlməz hissiyyat var. Bu, təbiidir, böyüməkdə olan döl özü üçün daha geniş sahə tələb edir.

Bəzi qadınlarda bu zaman davamlı qıcqırma olur (əvvəllər epizodik  ola bilərdi). Səbəb yenə eynidir. Böyüyən uşaqlıq digər orqanları əvvəlki yerlərindən sıxışdırır, mədənin işləməsi üçün bəzi çətinliklər törəyir. Az, lakin tez –tez yeməyə çalışın. Yeməkdən sonra yarıoturaq vəziyyətdə bəzən qıcqırmadan qurtarmaq olar.

Hamiləlikdə ən çox şikayət obyekti bel ağrılarıdır. Bu, hamiləliyin hər müddətində baş verə bilər, bəzən doğumdan bir neçə ay sonra da qadına əziyyət verir.

Bu ağrıları dəf etməkdə düz qamət və fiziki hərəkətlər kömək edəcək. Yeri gəlmişkən ərinizə xatırladın ki, kürəyinizi ovuşdurmaq onun gündəlik vəzifəsidir!

Hamilə qadının orqanizmi xüsusi hormon – relaksin hasil edir. Bu maddə çanaq sümüklərinizin birləşmələrini zəiflədir, beləliklə, çanaq dairəsinin müəyyən qədər «genişlənməsinə» səbəb olur. Buna görə körpəniz, danışa bilsəydi, doğulan kimi sizə «sağ ol» deyərdi. Ananın çanaq dairəsi nə qədər «üzüyola» olsa, körpənin doğulması bir o qədər rahat olar. lakin hamilə qadın üçün relaksinin işi növbəti xoşagəlməz hadisədir. Sizin yerişiniz «ördək yerişinə» bənzəyə bilər. Amma narahat olmayın, doğuşdan sonra keçib –gedəcək.

Bəzi qadınlar hamiləliyin bu hissəsindən də elə bir diskomfort hiss etmədən keçəcəklər. Bu, əlbəttə, o demək deyil ki, onların bədəni doğuma hazırlanmır. Yuxarıda sadalanan xoşəgəlməz hallar hər bir konkret qadının orqanizminin bir çox xüsusiyyətlərindən asılıdır. Məsələn, fərdi ağrıduyma həssaslığından, fiziki hazırlığın səviyyəsindən  və s.

Əgər siz hamilələrin bu kateqoriyasına daxilsinizsə, sizə yalnız həsəd aparmaq olar!

Gələcək uşaq
Gəzintidən sonra, bəzən dincəldiyiniz zaman təngnəfəs olsanız və bunun uşağınıza zərər verəcəyinizi ağlınıza gətirsəniz – onu özünüzdən uzaqlaşdırın. Cift hər şey edir ki, bu, uşağınıza təsir göstərməsin. Bu zaman dölün bəbəkləri işığa və qaranlığa reaksiya verə bilər, lap böyüklər kimi. Dəri altına ağ piy toxumaları toplanır, buna görə də dəri çəhrayı rəng alır (əvvəl qırmızıya yaxın idi). Dırnaqlar barmaqların ucuna çatır (demək olar ki).

Dölün çəkisi bir kilo yarıma yaxındır.
(səs: 3)
Şərhlər: 0
Baxılıb: 25 421
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri