Qadın
İndi siz ayrıd edə bilərsiniz: körpəniz
sizi dizləri ilə, yoxsa dirsəkləri ilə təpikləyir. Baxmayaraq ki, o,
əvvəlkindən daha az hərəkət edir. Yəqin ki, uşaqlıq boşluğunda zərif
ritmik dümsüklər də hiss etmisiniz. Bu belə səbəbləndirilir ki, döl…
hıçqırır!
Bu sizdə narahatlıq yaratmamalıdır. Doğuş prosesi,
doğuşdansonrakı dövr və yenidoğulacaq uşaq barədə bilgiləri öyrənməkdə
davam edin. İndi nə qədər öyrənsəniz, sonra sizin üçün bir o qədər asan
olacaq. Dahi sərkərdənin dediyi «təlimdə nə qədər çətindirsə, döyüşdə o
qədər asandır!» aforizmi yalnız əsgərlərə aid deyil.
Gələcək uşaq
İndi
körpə yeni maddə – surfaktan hasil edir. Bu, doğuşdan sonra uşağın
müstəqil nəfəs almasına kömək edir, körpə nəfəsini buraxdığı zaman
ağciyərlərin büzülməsinin qarşısını alır. Bu həftə vaxtından əvvəl
doğulmuş uşaq tənəffüs problemi ilə az üzləşə bilər.