Hamiləliyin otuz dördüncü həftəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 39 230
Səs ver:
(səs: 3)
Qadın
Bədəniniz doğuma hazırlanmaqda davam edir. Bəzən hiss edə bilərsinriz ki, uşaqlıq əzələlərinin yığılması əvvəlkindən fərqlənir. Gəlin doğum aktının əsas məqamları ilə tanış olaq.

Doğumun üç əsas mərhələsi var.

1. Açılma mərhələsi.
Bu mərhələ sancı adlandırılan uşaqlıq əzələlərinin müntəzəm yığılması ilə başlayır. Sancılar getdikcə güclənir və tezləşir. Bu mərhələdə uşaqlıq yolunun açılması baş verir. O, nazikləşir, ağzı isə körpənizi «azadlığa» ötürmək üçün geniş açılır. Uşaqlıq əzələləri astaca dibə tərəf sürüşərək dölü itələyəcək güclü əzələ kütləsi formalaşdırır.

Çox qadınlar nigarançılıq keçirirlər: doğum başlayıb, yoxsa, yox? Bəzi qadınlar bunu «soyuqdəymə» əlaməti hesab edirlər, bəzilərində dəfolunmaz yatmaq istəyi baş qaldırır. Şübhələrdən qurtulmaq üçün sancıların müddətini və oradakı intervalı saatla ölçməyi bacarmaq lazımdır. Əgər sancıların müddəti uzanırsa və aradakı interval qısalırsa, şübhə etməyə bilərsiniz, doğuş başlayıb. Daha hansı əlamətlər doğuşa dəlalət edir, bu barədə bir az sonra danışacağıq.

Beləliklə, sancılar bütün diqqətinizi özünə cəlb edərək güclənməyə və tezləşməyə başlayacaq. Bu, birinci mərhələnin aktiv fazasıdır. Bunun ardınca qısa keçid mərhələ qəlir. Bu ən çətin mərhələdir. Bu vaxt sancılar bir –birinin ardınca davam edir, lakin gücü artmır. Keçid mərhələsinin sonunda uşaqlıq yolu tam açılacaq.

Haradasa aktiv faza ilə keçid mərhələsi arasında doğum evinə gəlməlisiniz.

2. Qovulma mərhələsi.
Amerikalılar bu mərhələni itələmə mərhələsi adlandırırlar ki,  bu da düzgün səslənir.

Qadınların çoxuna bu mərhələ daha çox xoş gəlir. Bu zaman uşaqlıq yolu son həddə qədər açılır, uşaqlıq dibinin əzələ platforması körpəni irəliyə itələyir və sizdə gücənmə başlayır. Qarın presinin və çanaq dibinin yığılması belə adlanır ki, bu da dölün uşaqlıqdan işıqlı dünyaya itələnməsinə yardım edir. Bu zaman qadın doğuşda həqiqətən əsas iştirakçı sima olduğunu hiss etməyə başlayır.

Əgər siz doğumun bu mərhələsində ağrıkəsici qəbul etməmisinizsə, gücənmənin nə qədər dəfolunmaz və məcburi olduğunu anlayacaqsınız. Əgər ağrıya qarşı tədbirlər görülmüşsə, o hissləri  keçirməyəcəksiniz, lakin narahat olmayın, nə zaman gücənmək lazım gəldiyini sizə deyəcəklər.

Bu mərhələ körpənin dünyaya gəlməsi ilə şərəflənir.

3. Son mərhələ
Uşaq dünyaya gəldikdən bir müddət sonra siz yenidən dəfolunmaz gücənməyə məruz qalacaqsınız. Bu – ciftin (plasenta və dölün selikli qişası) xaric olunmasıdır.
•    Doğuşun induksiyası
•    Epidural anesteziya
•    Epiziotomiya
•    Mama
•    Kesar əməliyyatı

Gələcək uşaq
Dölün çəkisi – təxminən 2 kq 200 qramdır.

Bu müddətdə dölün çəkisinin dəyişik variantları mümkündür. Bunların hər biri normal sayıla bilər. Bu andan etibərən körpə gündəlik çəkidə 220 qrama qədər artır. Dölün uzunluğtu 45 santimetrdir.

Bütün orqan və sistemləri mövcuddur və xeyli  vaxtdır ki, fəaliyyət göstərir, yalnız bəzi sistemlərin (sinir, sidik – cinsiyyət və s.) «hamarlanması» davam edir.
(səs: 3)
Şərhlər: 1
Baxılıb: 39 230
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri