Hamiləliyin otuz yeddinci həftəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 24 938
Səs ver:
(səs: 2)
Qadın
Hamiləliyin, necə deyərlər, «mənzilbaşına» çatmısınız. İndi doğuş başlasa, çətin ki, həkimlər onu saxlamağa çalışsın. Körpənizi dünyaya gətirməyə hazırlaşdığınız doğum evi barədə ətraflı məlumat almağa çalışın. Yaxşı olar ki, əriniz və ya qohumlarınızdan kiminsə doğuşda iştirak edə biləcəyi yer olsun. Bu barədə bir az sonra danışacağıq. İndi isə uşağın döşlə qidalandırılmasından söhbət  açacağıq.

Əcnəbi «həmkarlarından» fərqli olaraq, bizim qadınların əksəriyyəti ana südü ilə qidalanmanın nəinki  təbii vasitə, həm də faydalı olduğundan xəbərdardılar. Ana südünün üstünlüklərinin sadəcə sadalanması süni qidalanmanı kölgədə buraxır. Qısaca xatırladırıq : ana südü ilə bəslənən uşaqlar infeksion xəstəliklərə az yoluxurlar, allergiyadan az əziyyət çəkirlər, belə uşaqlarda qəfil ölüm sindromu riski azdır, dişlər düzgün formalaşır, üstəgəl – gələcəkdə daha yüksək intellektə malik olurlar!

Uşaq əmizdirən ananın ruh yüksəkliyi coşqun olur ki, bu da onun sağlamlığına yüksək təsir göstərir. Tədqiqatlar göstərir ki, uşaq əmizdirən qadınlarda süd vəzisinin xərçəngi riski xeyli aşağı olur. Bu siyahını uzatmaq da olar.

İndi uşaq qidası üçün istənilən ərzaq əldə etmək olar. Bu ərzaqın əksəriyyəti  yüksək texnologiya  ilə hazırlanır və ana südünə yaxın balanslaşdırılmış tərkibə malikdir. Bu ərzaqların əsasını inək və ya soya südləri təşkil edir. Müdrik təbiət (Yaradan da deyə bilərsiniz) inək südünü buzovlar üçün «hazırlamışdır», insanların çağaları üçün deyil. Yaşlı nəslin nümayəndələri etiraz edə bilərlər ki, bəs, əvvəllər inək südü ilə qidalanma həkimləri narahat etmirdi və uşaqlarla da qorxulu heç  nə baş vermirdi. Buna nə cavab vermək olar? Hər şey dəyişir, o cümlədən biologiya və təbabət barədə insanların biliyi də. Ona görə də uşaqların fərqli qidalanmaları barədə diskussiyasını kənara qoyaq və orqanizmimizdə körpə üçün ideal qida ana südü yaratmaq imkanını sizə bəxş etmiş Müdrik Təbiətə etibar edək.

Əgər hər hansı bir obyektiv səbəbdən ana südü ilə qidalandırmaq mümkün deyilsə, süni qidaya çox diqqətlə yanaşılmalıdır. Bu məsələdə hər şeyin önəmi var: qidanın tərkibi, hazırlanma texnologiyası, körpəni qidalandırma qaydası və s. Ona görə də bu məsələdə mütləq mütəxəssisin (həkim – pediatr, hətta uşaq dietoloqu).

Gələcək uşaq
Döl tənəffüs hərəkətləri edir. Nəfəs aldıqda ağciyərlərə daxil olan amniotik maye nəfəsini buraxdıqda xaric olur.

Hərdən körpə hıçqırır. Körpənin hərəkətlərinə diqqət yetirməyə çalışın. Bir müddət keçəcək, inanın, siz onun üçün darıxacaqsınız!
(səs: 2)
Şərhlər: 0
Baxılıb: 24 938
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri