Hamiləliyin otuz səkkizinci həftəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 26 527
Səs ver:
(səs: 0)
Qadın
Ola bilsin, sizdə elə bir hiss olsun ki, sanki qarnınızın altından ayaqlarınıza doğru cərəyan keçir. Buna səbəb dölün çanağın dərinliyinə enməsi  və bu zaman sinir gövdəsinə toxunmasıdır.

Biz doğum prosesi ilə tanışlığa kifayət qədər vaxt sərf etmişik. İndi gəlin daha bir məsələni – doğum palatasında ailə üzvlərinin iştirakını müzakirə edək.

Xarici ölkələrdə buna hər yerdə rastlamaq olar. Ər doğumqabağı palatada qadının yanında olur ki, bu da qadına böyük mənəvi dəstək olur. Yanında doğma adamın olması düşüncəsi xeyirli təsir göstərir, hələ onu demirik ki, fərasətli ərlər qadınlarının ağrısını azaltmaq üçün düzgün nəfəs almağı anladırlar. Bəziləri bir az da irəliyə gedərək, qovulma mərhələsində iştirak edir, həkim və mamanın rəhbərliyi ilə massaj edir, qrelka və ya buz paketləri qoyur, doğulan uşağı əllərinə alır, göbəyini bağlayır və kəsirlər. Yeri gəlmişkən, göbəkbağının ağrı sinir ucları olmur, ona görə də göbək kəsilərkən nə uşaq, nə də zahı qadın ağrı hiss etmirlər (hansımız bərbərin əli altında ufuldayırıq?).

Xarici ölkələrdə ərin doğuşda iştirakı könüllülük və hazırlılıq əsasında təmin edilir. Bu möhtəşəm və sehrli hadisədə soyuqqanlılığı saxlamaq hər kişiyə müyəssər olmur. Buna görə də kimsə qalibiyyətli sonluğa qədər qadının yanında dura bilmirsə, qəbahətli sayılmaz. Əgər atanın iştirakı qadınının əlindən tutub, gözlərinə baxıb və onu sözlə sakitləşdirməklə bitibsə, inanın o, böyük iş görmüşdür!

Uşaqların doğuşda iştirakı bir başqa məsələdir. Bəzi valideynlər və mütəxəsisslər bunu o zaman xeyirli sayırlar ki, uşaqlar burada diskomfort hiss etmirlər.

Uşaqların iştirakı və necə davrana biləcəkləri ehtimalı qabaqcadan müzakirə olunur və müsbət qərar verilərsə, uşaqlar da xüsusi hazırlıq sinfi keçməlidirlər.

Bizdə məsələ konkret doğumayardım müəssisələrinin iş xüsusiyyətinə bağlıdır. Hər halda, ərinizin doğuşda iştirak edib – etməyəcəyi  və konkret olaraq onun iştirakının nədən ibarət olacağı əvvəlcədən həkimlə müzakirə edilməlidir. Əmin olun ki, əriniz vəziyyəti real təsəvvür edir və bu məsələdə illüziyaya qapılmır.

Gələcək uşaq
Körpənin çəkidə gündəlik artımı 28-30 qramdır və intensiv olaraq ana bətnindən kənarda həyata keçirilir.

Yeri gəlmişkən, ad seçmisiniz? Əgər seçməmisinizsə, tələsin!
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 26 527
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri