Hamiləlik vaxtı nə qədər su içilməlidir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 35 397
Səs ver:
(səs: 2)

Hamiləlik vaxtı qadınlar nə qədər maye qəbul etməlidir? Bu sual hər bir analığa namizəd olan  xanımı   düşündürür. Hamiləlik vaxtı maye qəbulu ən həssas proseduralardan biri sayılır. Bu səbəbdən maye qəbul edərkən diqqətli olmaq lazımdır. Bu, təbii ki, mütəxəssis məsləhətidir. Məhz bu mövzuya daha geniş aydınlıq gətirmək üçün biz də mütəxəssisə müraciət etdik. Müsahibimiz  ginekoloq Ramin Salahovdur.

Ramin həkim, hamilə qadınlar maye qəbul edərkən, nəyi nəzərə almalıdırlar?

Əvvəla onu deyim ki, maye qəbulu hamilələrin həyatında çox önəmlidir. Günlük olaraq 1. 9 litr su qəbul olunmalıdır. Bunun xaricində meyvə də yeyə bilər, meyvə şirəsi də içə bilərlər. Xüsusən yay vaxtlarında günəş altında gəzərkən alınan mayenin miqdarı daha da arta bilər. Maye qəbulunun hansı əhəmiyyətləri var: Birincisi, erkən doğum riskini, düşürmə riskini azaldır. İkincisi, hamiləlik vaxtı qəbizlik halları çox olur. Bunun xaricində sidik yollarında infeksiya olur. Əgər maye qəbulu az olarsa, onda bunların olma riski artır. Bundan əlavə, babasil deyilən xəstəlik də var ki, bu da qəbizliyin olmasına gətirib çıxarır, yenə əgər hamilə xanım maye qəbulunu artırarsa bu kimi halların qarşısını almış olur.

Ancaq maye qəbulunu da normasında aparmaq lazımdır. Birdən – birə 3 və ya 4 litr içmək olmaz. Az-az amma gün ərzində tez-tez mayenin qəbul olunması vacibdir. Maye qəbulu zamanı adi sudan əlavə tərkibində qatqısız şirələrdən başqa evdə hazırlanmış şirələr, meyvə şirələri daha məsləhətlidir.

Çay da gün ərzində bir və ya iki stəkan qəbul eləmək olar. Ancaq çox qəbul olunması məsləhət deyil, çünki çayın tərkibində bəzi maddələr var ki, onlar dəmirin bağırsaqdan sorulmasının qarşısını alır. Bu zaman hamilə qadınlar dəmir azlığı animiyalara çox yatqılı olur. Ona görə hamilələrə 12 həədən, bəzi ölkələrdə 20 həədən sonra dəmir preparatları təyin edilir. Ona görə də tərkibində az kofein olan içkilər məsləhətdir.

Bəzi xanımlar yaşıl çayı formada qalmaq üçün qəbul edirlər. Sizcə hamiləlik vaxtı bunu eləmək nə dərəcədə düzgündür?

Yaşıl çayı gündə bir stəkan qəbul eləmək olar. Ancaq bunu kilo azaltmaq, pəhriz üçün içməməlidirlər. Hamiləlikdə yaşıl çayı kilo vermək üçün içmək olmaz. Düzdür hamiləlik vaxtı kilo almaq ayrıca bir problemdir. Hər bir xanımın vücud kütlə indeksi var. Yəni çox kilolu xanımlara hamilə vaxtı kilodan artıq almağa biz icazə vermirik. Bu vücud kütlə indeksini hesablamaq üçün kilonun kvadratını boyun ölçüsünə bölürük.

Normalda hər bir insanın normal vücud kütlə indeksi 20 ilə 25 arasıdır. Əgər 20-dən azdırsa, bu xanımlar 18 kilo kökəlməlidirlər. Yox əgər 35-dən çoxdursa o zaman həmin xanımların hamiləlikdə 7 kilodan artıq kökəlmələri olmaz. Bəzən mənə bu cür suallarla müraciət edirlər ki, uşağın suyu çoxdur həkim mənə deyir su içmə.

Bu yalnış bir şeydir. Uşağın suyunun ananın aldığı suya çox az təsiri olur. Uşağın suyu az olduqda xanımlara 2 və ya 2. 5 litr su məsləhət görürük. Ancaq əgər uşağın suyu çoxdursa "sən su içmə” demək yanlışdır. Çünki dediyim kimi normal olaraq hər bir ana gündəlik iki litr maye qəbul etməlidir. Ancaq uşağın suyu çox olanda bunun araşdırılması lazımdır ki, səbəb nədir. Buna əsasən də müalicə aparmaq lazımdır, ancaq uşağın suyu azdır ya çoxdur suyu azalt deyə yanaşma səhvdir.

 

Bilirik ki, qarpızın tərkibinin 95%-ni su təşkil edir. Yay vaxtı qarpızın , yemişin qəbulunu necə, məsləhət görürsünüzmü?

Çox yaxşı olar. Qarpız, yemiş və bu kimi digər meyvələrin qəbulu məsləhətlidir. – Belə bir söz var ki, qadın hamiləlik vaxtı maye çox qəbul edərsə uşağın gözlərində çəplik əmələ gələ bilər. Bu nə dərəcədə düzgündür?

Mən bunu ilk dəfədir ki, eşidirəm. Belə bir şey yoxdur, tamamilə səhv fikirdir. Yəni çoxlu maye qəbul etməklə uşağın gözünün çəpliyində heç bir əlaqə yoxdur. Bu yanaşma, elmi olaraq da təsdiq edilməyib. – Bəzi ginekoloqlar adətən qadınlara məsləhət görürlər ki, yay vaxtı çox maye qəbul etsinlər və hərəkətdə olsunlar ki, tərləyən zaman bu maye bədəndən çıxsın. Bu nə dərəcədə düzgündür?

Dediyim kimi gün ərzində ən az 2 litr maye qəbul olunmalıdır. Hamilə xanımlar xüsusən yay aylarında axşam saat 6-dan sonra səhər saat 11-ə qədər təmiz havada gəzə bilərlər. Saat 11-lə 6 arasında xanımlara gəzməyi məsləhət görmürük çünki, günvurmalar baş verə bilər. Günəş altında çox gəzmək və bundan yaranan susuzluq uşaqların düşürülməsinə səbəb olur.

 Maye qəbulu uşağın çəkisinə təsir göstərirmi?

Təbii ki, maye qəbulunun uşağın inkişafında çox əhəmiyyəti var. Normal olaraq su qəbul etmək lazımdır. Əgər ana susuzluq çəkirsə, bu, uşağın inkişafının geriliyinə səbəb ola bilər.

Çünki vücudumuzun ¾-ü mayedir. Eyni zamanda, uşağın da ətrafı maye ilə örtülüdür. Ona görə də maye, ehtiyac olan ən əhəmiyyətli vasitədir.

Maye qəbul etməyən xanımın uşağı hansı fəsadlarla qarşılaşa bilər?

Əgər ana susuz qalarasa erkən doğum baş verə bilər. Sidik yolunda infeksiyalar ola bilər. Bu zaman zərər çəkən uşaq yox, ana olur. Maye az qəbul edən zaman erkən maye gəlməsi və erkən doğum halları baş verir.

Bu zaman biz bu halların qarşısını almaq üçün anaya maye köçürürük. Əgər ciddi susuzluq olarsa, uşağı düşürə bilər.

Ümumiyyətlə, dünya ölkələri arasında isti və ya soyuq ölkələrdə hamilə xanımların maye qəbulu üçün xüsusi indeks varmı?

Təbii ki, isti ölkələrdə daha çox olmalıdır. Amma təəssüf ki, isti öklələrin çoxu inkişafda olan ölkələrdir. Avropa və Amerika statistikasına görə, bu ölkələrdə 1. 5 litr maye qəbul edirlər. Ola bilər ki, Azərbaycan kimi isti ölkələrdə 2. 5 litrə qədər su qəbul olunsun.

Su tamam mayedən ayrı olmalıdır. Yəni sulu xörəklər yeyərkən belə, gündəlik maye qəbulu ayrıca 2 litr olmalıdır. Qazlı içkiləri məsləhət görmürəm. Onsuz da hamiləlik vaxtı qəbizlik olur, qarında şişkinlik olur. Üstəlik qazlı su içilməsi məsləhət deyil. Təbii mineral sular məsləhət görülür.

Hamiləlikdən sonra xanımlarda dəri qırışları yaranır. Bunun maye qəbulu ilə bir əlaqəsi varmı?

Dərinin tərkibində kollogen deyilən maddə var. Hamiləlik vaxtı həmin kollogenin parçalanması baş verir. Bunun üçün qarın bölgəsində çatlar əmələ gəlir. Hər bir qadının dərisi fərqlidir, birində ola, digərində olmaya bilər.

Qaradərili xa nımlarda bu hallar daha çox olur, ağdərili xanımlarda belə hallara az rast gəlinir. Bu da dəridə dediyim kollogen maddənin xüsusiyyətindən asılıdır. Bunun üçün bəzi kremlərdən istifadə etmək məsləhətlidir.

/Qadinlar.Biz/

(səs: 2)
Şərhlər: 6
Baxılıb: 35 397
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri