Körpəniz ilə bədən münasibəti

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 2 536
Səs ver:
(səs: 0)
Araşdırmaçıların ifadə etdiyinə görə, insan həyatındakı ən təhlükəli və stressli hadisələr, rəhmdən gerçək dünyaya çıxış əsnasında yaşanmaqdadır. Böyük əhəmiyyət daşıyan bu ilk saatlarda analarından ayrı tutulan körpələrdə stress hormonlarının çox daha yüksək olmasına çaşmamaq gərək. Körpənizin sizdən ayrı qalmaması üçün nə edə bilərsiniz? Əslində hər cür müayinə və əməliyyat körpəniz sizin qucağınızda ikən də reallaşdırıla bilər. Yetərki siz bu şüurda olun və həkiminizə bu tələbinizi zamanında bildirin.

Körpəniz doğular - doğulmaz qucağınıza verilməsini istəyə bilərsiniz. İlk bədən təması körpəniz və sizin üçün son dərəcə əhəmiyyətlidir. Körpəniz doğular - doğulmaz çılpaq bir şəkildə onu qucağınıza qoyun, sinənizə yaslanın. Sizi iyləməsinə icazə verin. Onunla batıq səslə danışa bilərsiniz, o onsuz da sizin səsinizi çox yaxşı tanıyır. İlk əmizdirmə üçün müthiş bir fürsət, ona bir az zaman tanıyın. Özü yavaş - yavaş dırmaşaraq sizin məmənizi tapacaq, başını qaldırıb, ağızını açıb əmməyə başlayacaq.

Bu sırada bütün təkrarlanan yoxlanışlar, ölçülər gözləyə bilər. Körpəniz və sizin üçün birlikdə olmaq daha əhəmiyyətli.

Araşdırmalara görə doğumdan sonra bədən təmasının nələrə faydası varmış birlikdə baxaq :

Körpənizin ürək atış sürətini, nəfəs alıb verməsini və istiliyini sabitlər. (çünki nəfəs alarkən sizdən nümunə götürəcək)
Sizin istiliyinizi sabitlər.
Ən əhəmiyyətlisi körpənizin stressini azaldar.
Tibbi olaraq reallaşacaq təkrarlanan yoxlamaların ağrısını azaldar.
Sizin stressinizi azaldar.
Körpənizi ilə aranızdakı ilk əlaqənin qurulmasını təmin edər.
Əmizdirmə ehtimalını və müddətini artırar.
Hormonları rəqsini gücləndirər.
 
/Mənbə: Qadınlar.biz/
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 536
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri