Rahat və sağlam bir doğum üçün nələr etməlisiz?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 13 718
Səs ver:
(səs: 2)
Yaxşı təhsil sonunda doğuma hazırlanan və doğumun necə olacağını öyrənən analar, məlumat və özünə inam sahibi olarlar. Ayrıca zamanı gəldiyində öz bədənini və doğum sancılarını da idarə edə bilərlər. Doğumunuzun rahat və yüngül keçməsi üçün tətbiq edə biləcəyiniz bəzi əhəmiyyətli detallar barəsində daha əvvəl hamiləliklə bağlı 9 məsləhət məqalələrimizdə aydınlıq vermışdik.

İndi isə sizə doğum zamanı yaxınlaşdığında nə etməli olacağınız barəsində məlumat verəcəyik.  Doğuma yaxınlaşdığınız dövrdə daha çox maye qidaları seçin. Bağırsaqlarınızın boş olması doğumu asanlaşdırar.

Hamiləlik dövrünüzdə harada doğum edəcəyinizə qərar verməniz əhəmiyyətlidir. Həkiminizlə ya da doğum edəcəyiniz xəstəxana kollektiviylə əvvəlcədən görüşərək özünüzü və körpənizi idarə altına almalısınız. Doğum yaxınlaşdıqca yüngül işlər etməli və daha çox istirahət etməlisiniz.

Yoga edə bilərsiniz çünki sizi həm zehni həm də fiziki olaraq doğuma hazırlayar. Yoqanın əzələ və nəfəs idarəsi üzərindəki təsiri sübut edilmişdir. Qol, qıç və kürək əzələlərinizi işlətmək üçün hovuza girə bilərsiniz. Ayrıca bu fəaliyyət ümumi sağlamlığınız və fiziki hazırlıqlarınızla da birləşdirilə bilər.

Körpənizə mahnı oxuyun! Duyğularınızı körpənizlə bu şəkildə paylaşaraq ünsiyyət qura bilərsiniz.

Xəstəxanaya getməzdən əvvəl ilıq bir duş alın və rahatlanın.
Doğuma gedərkən körpənizin çantasında nələr olmalıdır?

    Yumşaq bir ədyal,
    4 cüt corab və ya papış və əlcək,
    3 ədəd yun jilet,
    1 – 2 ədəd başlıq,
    5 – 6 ədəd körpə önlüyü,
    2 – 3 dəsmal,
    Bir neçə dənə yeni anadan olanlar üçün hazır alt bezi,
    Altını təmizləyərkən istifadə etmək üçün təmizləyici dəsmallar,
    İstəsəniz beşiyini bəzəmək üçün bir oyuncaq,
    İsti tutacaq 1 ədyal,
    Körpənizi evə apararkən istifadə etməniz üçün bir ana qucağı,
    Əmzik, əmzik kimi vəsaitlər.

Doğuma gedərkən sizin çantanızda nələr olmalıdır?

    Sağlamlıq talonunuz və hamiləlik faylınız,
    Gigiyenik qadın pedi,
    Sinə qisimi asanlıqla açıla biləcək 3 – 4 pijama və ya gecəlik,
    2 – 3 cüt corab və bir cüt başmaq,
    5 dənə dəsmal,
    10 – 15 dənə alt paltar,
    Çirkli paltarlar üçün bir torba,
    Ünvan dəftəriniz,
    Fotoşəkil aparatı və ya kamera,
    Dezodorant, pudra, diş pastası və fırçası, daraq, şampun, kağız salfet və dəsmal, nəmləndirici pomada, təmizləmə dəsmalları, fərdi təmizlik vəsaitləriniz.
    Sizi istirahət edib rahatlaşdırmaq üçün kitab, musiqi və s.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 13 718
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri