Ata namizədlərinin yaşadığı qayğı

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 3 272
Səs ver:
(səs: 0)
Ya yolda doğarsa
Doğum, uzun, yavaş və gedərək sürət qazanan bir müddətdir. İlk dəfə körpə sahibi olacaq olan atalar bu qorxunu daha çox yaşayarlar. Xüsusilə ilk doğumlarda hazırlıq fazı ortalama 12-24 saat müddət bilər. Ana-ata namizədi bu zamanı rahatca evində keçirə bilər. Erkən xəstəxanaya getmək, doğumu tezləşdirmək adına gərəksiz müdaxilələrə səbəb olacaq. Ən doğru zamanda xəstəxanaya getmək üçün evdə professional bir mama dəstəyi almaq ən doğru qərar ola bilər.

Suyu gəldi, körpə susuzmu qaldı
Doğum müddətində suyun nə vaxt gələcəyini bilməyik. Analar, bu məlumatı yalnız doğum müddətini yaşayarkən öyrənə bilərlər. Suyun, doğum sıxılmalardan əvvəl gəlməsi çox təcili bir vəziyyət olmağa bilər. Su gəldikdən sonra 12-24 saat içərisində doğumun özbaşına başlaması gözlənilər. Bir tərəfdən su istehsalı davam etdiyi üçün körpənin susuz qalması çox adi deyil. İlk 24 saat içərisində doğum reallaşmadısa "antibiotik" müalicəsi başlana bilər. Aktiv fazda suyun gəlməsi vəziyyətində körpənin susuz qalması kimi bir vəziyyət söz mövzusu deyil.

Beli çox Ağrıyır, bir problem var
Bel ağrısı doğumun irəlilədiyi, aktiv fazda körpənin enişi əsnasında aldığı mövqe və ananın quyruq hissəsinə etdiyi təzyiqlə əlaqədardır. Bu səbəblə bel ağrısı, doğumun təbii irəlilədiyinin bir göstəricisidir. Quyruq hissəsinə ediləcək təzyiqli masaj və ya isti tətbiqlərlə ana rahatlaşdırıla bilər.

Gözləri niyə bağlanır, çoxmu yoruldu
Müdaxilə edilməmiş və öz təbiətinə buraxılmış doğumlarda, müddətin sürətləndiyi aktiv fazda ananın doğum hormonlarında da artım olar. Doğumun irəliləməsi üçün lazımlı olan oksitosin hormonunun yanında endorfin də artar. Ananın yuxu ehtiyacı, artan endorfin hormonuyla əlaqədardır. Endorfin hormonu ananın sıxılmalar arasında istirahət etməsini təmin edərək yeni sıxılmalar üçün onu hazırlayar. Ana yuxulu isə doğum müddəti təbii olaraq irəliləyir deməkdir.

Çox uzun çəkdi nə vaxt doğuracaq
Doğum yavaş irəliləyən və uzun bioloji bir müddətdir. Bu müddətcə hörmət göstərməmək və gərəksiz müdaxilələr tətbiq etmək, sezərən etmənin yolunu aça bilər. sağlamlıq personalı qədər ana-ata namizədi də müddətcə hörmət göstərməlidir. Ana-ata doğuma hazırlıq təhsili almışlarsa, doğum müddətinin yavaş və uzun sürəcəyini bilərlər.

Yoldaşım niyə qusur
Doğum müddətinin irəliləyən fazlarında sıxılmalarla açılmağa başlayan rəhm ağızına, körpənin başının basısı nəticəsi anada bulanma və qusma ola bilər. Ata namizədləri bu vəziyyətdən narahatlıq hiss rtsələr də əslində bu vəziyyət doğumun normal irəliləyir olduğunu və yaxınlaşdığını göstərər.

Niyə yatmaq istəmir
Ananın yataraq sıxılmaları qarşılaması, körpənin ananın quyruq hissəsi sümüyünə təzyiq edərək daha çox ağrı hiss etməsinə səbəb olar. Doğumda ananın şaquli olaraq dayanması körpənin cazibəni də istifadə edərək doğum kanalına enməsini asanlaşdırar. Ananın sərbəst hərəkət etməsi həm fiziki həm də psixoloji baxımdan anaya asanlıq təmin edər. Ananı yatağa yatmağa məcbur etmək, doğumun təbii irəliləyişinə müdaxilə etməkdir.

Doğumda ata namizədlərinə tövsiyələr

* Doğumda yoldaşınızın başında olun. 
* Gücənmə səylərini dəstəkləyin. 
* Müsbət və dəstəkləyici cümlələr istifadə edin.
* Sakit olmağa çalışın və həkimlə ünsiyyəti davam etdirin. 
* Həkimin ya da mamanın təlimatlarını birlikdə təkrarlayın.
* Doğum sancıları arasında istirahət etməsini təmin edin.
* Doğumdan sonra da yanında olun.
 
/Mənbə.Qadınlar.biz/
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 272
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri