Yay hamilələrinə rahatlaşdırıcı məsləhətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 972
Səs ver:
(səs: 3)
Hamiləlik dövründə artan maddələr mübadiləsi sürəti, bədən istiliyini daha da yüksəldir.

• Tərlətməyən, sərin saxlayan geniş və rahat paltarlar seçin.
• Tərləməyə qarşı bol maye qəbul edin. Ən yaxşı variant sudur. Ancaq portağal suyu, süd və tərləmə ilə itirilən elektrolitləri də yerinə qoymaq üçün idmançı içkiləri də seçim edilə bilər. Həddindən artıq maye alışının da su zəhərlənməsinə səbəb ola biləcəyini unutmayın!
• Gün içində, havanın sərinlədiyi saatlarda gəziş və məşq edin.
• Nəfəs alıb vermə də istiliyi tənzimləmədə əhəmiyyətli bir faktordur. Çox sürətli olmayan nizamlı bir tempdə nəfəs alıb verməyə çalışın.
• Üzmə yalnız sərinlətməklə kifayətlənməz, bütün bədəni işlədən gözəl bir məşqdir.

Ayaqlardakı şişmələr
Yay hamiləliklərinin ən böyük çətinliklərindən biri də qıçlardakı şişmələrdir. Bu dəyişikliklər hamilələrdə çox olmaqla birlikdə isti havalarda daha da artır. Bu şişliklərlə baş etmək üçün təkliflər:
• Gün içində xüsusilə iş sonrası və ya yeməkdən sonra 30-60 dəqiqə uzanın.
• Ayaqlarınızın altına bir dəsmal və ya kiçik bir yastıq qoyaraq yüngülcə yüksəldin.
• Ayaqlarınıza rahat hətta mümkünsə bir az böyük ayaqqabılar geyinin.
• Həftədə 2-3 dəfə gediş edin. Uzun müddət eyni yerdə ayaq üstə qalmayın.
• Duzu yeməklərinizdən tamamilə qaldırmayın amma azaldın.
• Üzüklərinizi əlləriniz şişmədən çıxarın.

Ləkələnməyə qarşı qorunun

Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Op. Dr. Meltem Çam, yay hamilələrinin diqqət yetirməsi lazım olan tək nöqtənin isti hava olmadığının vurğulayır. Op. Dr. Meltem Çam, hamiləlikdə melanin hormonunun artımı səbəbiylə xüsusilə üzdə, hamiləlik maskası deyilən rəng tündləşmələri və ləkələrin ortaya çıxa biləcəyini ifadə edərək yay aylarında mütləq 30-45 qoruma faktorlu günəş kremi istifadə etmələrini tövsiyə edir.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 3 972
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri