Hamiləlik və yuxu

Müəllif: Narın Yağış
Şərhlər: 10
Baxılıb: 42 301
Səs ver:
(səs: 3)
Hamiləlik zamanı qadın öz yeni vəziyyəti ilə ayaqlaşmağa, "hesablaşmağa” çalışır. Buna gündəlik rejimi, yemək vərdişlərini, hərəkət sürətini və hətta yuxunu daxil etmək olar. Hamiləlikdə yuxunun nəinki müddəti, hətta onun davamlılığı, yatmaq şəkli, yuxu növü və s. dəyişir, mürəkkəbləşir.

Yuxuya qərq oldum

Hamiləliyin ilk 3 ayında, hətta bəzi hallarda hamiləlik müjdəsi almadığı zamanda qadın yuxuya meyilli olur. Əksər qadınlar hamiləliyin məhz ilk 3 ayında yuxulu gəzər və hətta ilk fürsətdə yatağa uzanıb dərin yuxuya gedərlər. Bu halın yaranmasına səbəb  isə hamiləliyin başlanması ilə bədəndə artmağa başlayan proqesteron hormonudur. Bu hormonun artması ilə qadında halsızlıq, yorğunluq, yuxusuzluq və hətta gərginlik müşayiət edilir. Əgər yatmaq istəyirsinizsə, mütləq yatın. Yox, əgər işləyən xanımsınızsa və yatmaq üçün heç bir imkanınız yoxdursa, yaşıl çay içə bilərsiniz. Yaşıl çayın tərkibindəki maddələr yuxunu və yorğunluğu aradan qaldırmağa kömək olar. Əl-üzünüzü əvvəlcə ilıq, daha sonra soyuq su ilə də yuya bilərsiniz.  

İkinci yuxu istəyi hamiləliyin son ayına təsadüf edir. Bu zaman bədən qarşıdakı yuxusuz gecələrə hazırlıq görür və necə deyərlər, balansı doldurur. Bəzi qadınlar doğuşa 2 həftə qalmış gün ərzində 15, hətta 20 saat yata bilirlər. Bu, əslində tam normaldır. Bir müddət sonra onlar yuxuya da həsrət qalacaq, hətta yuxu üçün darıxacaqlar.  Bir çox hamilə qadının dediyinə əsasən qeyd edə bilərik ki, hamiləliyin ilk 3 ayında adətən parlaq, xoşbəxt, hətta əyləncəli yuxular görürlər.

Yuxu həsrəti
Bəzi qadınlar isə əksinə, bütün hamiləlik boyunca normal yatarlar. Lakin son ayda yuxusuzluqdan əziyyət çəkərlər. Yuxu zamanı narahatlıq 5-ci aydan etibarən özünü göstərir. Bu kateqoriyaya aid hamilə qadınlar rahat yatmaq şəklini təyin edə bilməyənlərdir. Ya da hamiləlikdən əvvəl kürək və ya üz üstdə yatan qadınlardır.  Hətta bəzi xanımlar kürək üstündə düz şəkildə rahat yuxuya gedirlər. Amma bunu da bilmək lazımdır ki, uzun müddət kürək üstündə düz yatmaq körpəyə zərər verir.  Bununla yanaşı, onurğa sütununa əlavə yük düşür. Bunun nəticəsində beldə ağrı, mədədə həzmsizlik müşayiət olunur. Eyni zamanda düz bağırsaq xəstəliyinə də səbəb ola bilir.

Yuxu üçün ən ideal yatmaq forması sol istiqamətdir. Bəzən sağ istiqaməti seçən qadınlara da rast gəlmək mümkündür. Əgər yenə də yuxuya getməkdə çətinliyiniz yaranarsa, mütləq həkimə müraciət edin.
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 42 301
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri