Hamiləlik zamanı dəridə olan problemlər

Müəllif: Narın Yağış
Şərhlər: 5
Baxılıb: 3 614
Səs ver:
(səs: 2)
Hamiləlik zamanı qadının bütün orqanizmi müxtəlif dəyişikliklərə uğrayır. Dəri də burada istisna deyil.

Hamiləliyin, demək olar, ilkin müddətlərində qadının dərisində piqmentasiya artır. Bunun da nəticəsində qadının üzündə və boyun hissəsində müxtəlif ölçülü və formalı piqment ləkələri əmələ gəlir. Əsasən belə ləkələr qadının alnında, burnunda, dodağın altında olur. Həkimlərin müşahidələrinə əsasən, belə piqment ləkələri hamilə qadınların 90%-ndə əmələ gəlir.

Qarabuğdayı qadınlarda belə piqmentasiya daha tez-tez hallarda olur. Bu ləkələrdən qorxmaq, utanmaq və xüsusilə də onlarla mübarizə aparmaq lazım deyil. Uşaq dünyaya gəldikdən sonra piqment ləkələri tez bir zamanda yox olacaq.

Hamiləlik zamanı piqmentasiyanın əmələ gəlməsini minimuma çatdırmaq üçün üzünüzü gün şüalanmadan qoruyun, yay günlərində evdən çıxdıqda gün eynəklərindən, çətirdən və ya enli şlyapadan istifadə edin, üzünüzə gündən qoruyan xüsusi krem çəkin.

Bədəndə əmələ gələn genəlmələr (striyalar) hamilə qadınların növbəti "bəlasıdır". Əsasən qarın, döş, budlar, sağrılar hissəində dəri güclü dartılır və bu yerlərdə olan  birləşdirici toxuma "cırılır" ki, nəticədə dərinin üzərində zolaqlar əmələ gəlir: əvvəl bu zolaqlar bənövşəyi-qırmızı rəngdə olur, sonra isə ağarır. Doğuşdan sonra striyalar yox olmur və qadının bədənində əbədi olaraq qalır. Striyalardan yaxa qurtarmaq, demək olar, mümkünsüzdür. Yeganə üsul - dərinin cilalanması (xüsusi kosmetik prosedura).

Dərisi ağ olan qadınlarda striyalar qarabuğdayı qadınlarla müqayisədə daha tez-tez hallarda əmələ gəlir. İrsiyyat burada çox böyük rol oynayır - əgər qadının anasında, nənəsində və s. hamiləlik zamanı striyalar əmələ gəlibsə, bu o deməkdir ki, bu qadında da 80% ehtimalı ilə onlar əmələ gələcək. Lakin dəriyə olan qulluq və profilaktik tədbirlər az da olsa müəyyən rol oynayır. Hamiləliyin 12-ci həftəsindən başlayaraq dərinizi xüsusi kremlər və losyonlarla əsaslı şəkildə daim nəmləndirmək lazımdır. Hamilə qadınlar üçün xüsusi striyalara qarşı olan vasitələr buraxılır. Lakin adi zeytun və ya təbii kakao yağı da çox yaxşı effekt verə bilər. Bu vasitələri dərinin problemli hissələrinə daim çəkin və yüngül masaj edin. Masaj dərinin qan dövranını yaxşılaşdırır, dərinin elastikliyini artırır.

Çəkinizə fikir verin. Hamiləliyin hər bir dövründə çəkiniz müəyyən normalardan artıq olmamalıdır. Qadının çəkisi nə qədər çox artırsa, genəlmələrin əmələ gəlmə riski də artır.

Genəlmə əmələ gəldikdən əvvəl dəri güclü qaşınmağa başlayır - bu pis simptomdur. Lakin siz təslim olmayın və dərinizə lazım olan qulluğun edilməsini davam edin. Daha tez-tez hallarda striyalar hamiləliyin 6-7 aylarında əmələ gəlir.

Progesteron hormonunun təsiri nəticəsində hamiləlik zamanı üz dərisinin yağlılığı artır və qadının üzündə civzələr və sızanaqlar əmələ gələ bilər. Bu xoşagəlməz səpgilər bütün qadınlarda əmələ gəlməsə də, bir çoxları onlardan əziyyət çəkir. Doğuşdan sonra bu səpgilər yox olur və qadının üzü təmizlənir. Səpgilər və dərinin artıq yağlılığı ilə mübarizə aparmaq üçün dərinizi əsaslı şəkildə təmizləyin, təmizləyici maskalardan istifadə edin.

Tər vəziləri də hamiləlik zamanı daha güclü işləməyə başlayır. Bunun nəticəsində ən çox tərləyən yerlərdə (adətən süd vəzilərinin altında) qadında hətta xırda qaşınan səpgilər əmələ gəlir. Bu səpgilərlə mübarizə aparmaq üçün tez-tez duş qəbul edin və bu yerlərə talk və ya uşaq tozunu səpin. Bu üsullar kömək etmədikdə həkimə müraciət edin, lazım olduqda həkim xüsusi məlhəm təyin edəcək.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 614
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri