Doğuşdan əvvəlki diaqnostika

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 321
Səs ver:
(səs: 1)
Ultrasəs müayinəs (USM)

USM (skanlaşdırma) – uşaqlıq boşluğuna müdaxilə etmədən dölün vəziyyətini qiymətləndirmək üçün istifadə olunan bir üsuldur. Yəni – invazifdir. Buna görə də USM perinatal diaqnostika hesab oluna bilər.
Bu müayinəni aparmaq üçün hamilə qadının qarnının üstünə züsusi ötürücü (transdüser) yerləşdirilir, bu ötürücü yüksək tezlikli dalğalar ötürür. Bu dalqalar dölə çatır. Onun bədənindən əks olunur. Kompyuter bu məlumatın üzərində işləyir və monitorda görüntülər formalaşır. Bu görüntü sonoqramma adlanır. Bəzən ötürücü uşaqlıq yoluna yerləşdirilir (çox vaxt hamiləliyin erkən dörlərində).
Təbii ki, xüsusi hazırlıq olmadan sonoqramda olan görüntüdən baş açmaq mümkün deyil. lakin ixtisaslı həkim geniş imkanlara malik US cihazından istifadə etməklə, bir çox incəlikləri, hətta dilin, qaşın hərəkətini də görə bilər. USM-nin dölə olan potensial zərəri, rentgen müayinəsindən müqayisəyəgəlməz dərəcədə azdır. Hər halda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertləri hamiləlik ərzində 4 dəfə USM-nin aparılmasını qəbul edir və buna icazə verir. Lakin tamamilə zərərsiz müayinə üsulu yoxdur, odur ki, USM – dən də hədsiz istifadə etmək olmaz.

USM vasitəsilə aşağıdakılar təyin oluna bilər:
- hamiləlik uşaqlıq daxili və ya uşaqlıq xaricidir;
- uşaqlıqdakı dölün sayı;
- dölün yaşı (hamiləlik müddəti) və inkişaf səviyyəsi;
- nəzərəçarpan defektlər (inkişaf qüsurları);
- dölün gəlişi;
- dölün ürək döyüntüsünün xarakteri;
- dölün cinsi;
- ciftin yerləşməsi və vəziyyəti;
- dölyanı suların vəziyyəti;
- düşük təhlükəsi.
Bütün bu sualların cavabları dölün inkişafını qiymətləndirməyə və hamiləliyin perspektivliyini, həmçinin müalicə tədbirlərinin planlaşdırılmasına, doğuş taktikasının tərtib olunmasına imkan verir.
Standart USM hamiləliyin müxtəlif dövrlərində aparılır. Ilk kvartalda isə bu müayinələr hamiləliyi təsdiq etmək və onun xarakterini müəyyən etmək üçün, sonuncu kvartalda isə doğuş taktikasını müəyyən etmək üçün aparılır. Halbuki, bunsuz da keçinmək olar.
Yadda saxlayın ki, keçilməsi mütləq olan USM 15-18 həftələrin arasında aparılmalıdır. Əgər bu dördə dölün inkişafında hər hansı bir qüsur aşkar olunarsa, müayinə 22-23 həfətədə təkrar olunmalıdır. Bu müayinə tibbi genetik məsləhətxanada aparılır. Əlavə USM-nə ehtiyac olarsa, buna həkim qərar verir. Görüntülərin dəqiq olması üçün, hamilə qadın müayinədən 1 saat əvvəl 1,5 l maye qəbul etməlidir və müayinə bitənə qədər sidiyə getməməlidir. USM 15-20 dəq. davam edən ağrısız müayinədir. USM-nin imkanları hüdudsuz deyil. lakin praktiki olaraq ziyan vurmadan bu üsul həkimə və ailə üzvlərinə çox böyük kömək göstərir.

Ananın zərdab faktorlarının skrininqi (AZFS)

Bu, doğuşdan əvvəlki diaqnostikanın qeyri-invazif üsulu olub, dölün bir sıra ağır xəstəliklərini aşkar edir. Digər ölkələrdə bu üsulu çox vaxt "üçlü ” test adlandırırlar. Çünki, bu müayinə zamanı hamilə qadının qanında olan üç maddə müayinə olunur: alfa-fetoprotein (AFP), xorion qonadotropini (XQ), konyuqasiya olunmamış estriol (KOE).
AFP dölün qara ciyərinin ifraz etdiyi maddədir və plasenta vasitəsilə ananın qanına düşür. Əgər döldə bəzi ağır inkişaf qüsurları (kəllə-beyin və onurğa beyin yırtıqları, qarnın ön divarının qapanması və s.) varsa, analiz AFP –nin miqdarının kəskin artmasını göstəir. Əksinə, Daun sindromu zamanı, AFP miqdarı kəskin enir.
Daun sindromunun aşkar olunmasına hamilə qadının qanında XQ və KOE təyin olunması köməklik göstərir. Bəzən "üçlü” testə əlavələr olunur. Ananın qanında neytrofil qələvi fosfatazası (NQF) təyin olunur. Döldə Daun sindromu təyin olunursa, bu faktorun səviyyəsi sağlam döldə olduğundan yüksək olur.
Müayinə üçün qan dirsək venasından götürülür: qan 15 həftədə və 1-3 həftə sonra 20-ci həftədən gec olmayaraq götürülür.
Analizlərin nəticəsinə bir sıra faktorlar təsir edə bilər: əkiz hamiləlik, qadın orqanizminin xüsusiyyətləri, mamalıq problemləri. Ona görə də analizlərin cavabını ancaq həkim oxumalıdır və hər bir hal üçün lazımi düzəlişlər etməlidir. Bütün şübhəli hallarda əlavə müayinələr – USM, amniosentez, plasentosentez və ya kordosentez.
İnkişaf etmiş ölkələrdə, həmçinin Rusiyada bütün hamiləqadınlar bu tesdən keçirlər. Onun effektliyi oluqca böyükdür: 15-22 həftəlik hamiləlik zamanı 70% hallarda Daun sindromu və sinir borusunun bağlanma defektləri aşkar edilir.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 321
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri