Doğuşun alternativ üsulları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 789
Səs ver:
(səs: 1)
Doğuş zamanı yarımçarpayıların (ginekoloci kreslo) istifadə olunması ananın körpə ilə bağlı narahatlığını artırır və onun fikri ancaq doğularkən körpənin təhlükədə ola bilməsinə yönəlir. Ana qorxur ki, doğularkən uşaq yerə düşər və ya onu yerə sala bilərlər. Həmçinin ananın özünündə bu çarpayıda vəziyyəti o qədər də estetik və rahat deyil. Tam çarpayılardan istifadə edildikdə isə bu narahatlıqlar arxa plana çəkilir, o, diqqətini düzgün tənəffüsə və gücverməyə yönəldir.
Doğulan körpə doğulduqdan sora həkim tərəfindən ilkin müayinə edilir, bələnir və anaya verilir. Odur ki, bəzən analar körpəsini lüt görə bilmir. Belə analarda tezliklə bələyi açıb onun körpəsinin vəziyyətində hər şeyin yerində olmasını öz gözü ilə görmək istəyi olur. Bəziləri isə təcrübəsiz olduqları üçün, körpəni məhz bələndikdən sonra görməyə üstünlük verirlər.

KESAR KƏSİYİ
Bir sıra əsirlər boyunca kesar kəsiyi ancaq ananı xilas etmək mümkün olmadıqda, körpəni qurtarmaq üçün aparılmışdır. X1X əsrdən başlayaraq, uşaqlığa tikiş qoymaq mümkün olmuşdur və 50-ci illərdən etibarən, kesar kəsiyi müxtəlif tibbi göstərişlərlə aparılmışdır.
Yaddan çıxarmayın ki, kesar kəsiyi cərrahi əməliyyatdır və bu əməliyyat zamanı da bütün başqa əməliyyatlarda olduğu kimi ana üçün və eləcə də körpə üçün ağırlaşmalar yarana bilər. Fizioloci doğuş çətinliklər və diskomfortla əlaqədar olmasına baxmayaraq, belə doğuş zamanı körpə bütün proses boyunca tədricən yeni mühitə, çətinliklərə uyğunlaşır. Kesar kəsiyi ilə doğulan uşaqlarda isə adaptasiya daha çətin gedir.
Kesar kəsiyinin aparılması üçün göstəriş ağır toksikoz, qanaxma, dar çanaq, dölün köndələn gəlişi də ola bilər. Bəzən fizioloci doğuş mümkün olduğu halda belə kesar kəsiyi aparılır. Buna əsas olaraq, çanaq gəlişi, zəif doğuş fəaliyyəti, iri döl, kəskin hipoksiya (oksigen çatmamazlığı), uzun sürən hamiləlik, 30 yaşdan yuxarı ilk doğuş götürülür.

KESAR KƏSİYİNİN SAYI ARTIR
Təəssüflər olsun ki, zon zamanlar Qərb ölkələrində kesar kəsiklərinin sayı kəskin artmışdır. Bunun səbəbini araşdırarkən, belə nəticəyə gəlmək olar ki, sadəcə olaraq, mama-ginekoloqlar həmin ölkələrdə doğuşla bağlı baş verən məhkəmə süründürməçiliklərindən bezmişlər. Bundan yaxa qurtarmaq üçün isə, onlar məhz kesar kəsiyi vasitəsi ilə doğum aparmağı təklif edirlər.
Belə bir yanlış fikir var ki, kesar kəsiyi fizioloci doğuşdan daha təhlükəsizdir, lakin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qərb ölkələrində əsassız olaraq hədsiz artmış kesar kəsiyi hallarını aşağı salmağı məsləhət görür.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 789
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri