Hamilə qadınlara kompüterin zərəri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 165
Səs ver:
(səs: 0)
Kompüter hamilə qadınlar üçün zərərlidir, onlar mümkün qədər kompüterdən gen gəzməlidirlər. Bəs görəsən, kompüterin, doğrudanmı, insanlara, xüsusən də qadınlara ziyanı var? Mütəxəssislər bu qənaətdədirlər ki, bəli, var.
 
Öncə qeyd etmək lazımdır ki, saatlarla kompüter qarşısında bütün hislərini monitora istiqamətləndirib hərəkətsiz qalma fiziki olaraq bir çox fəsadlara səbəb olur.Hədddən artıq aludəçilik bəzən kompüter istifadəçilərinə yeməyi belə unutdurur, hətta yuxu rejimini onların əlindən alır.
 Qadınlar hamiləlik dövrünün böyük bir hissəsini evdə keçirirlər. Kompüterlərin məişətimizə bu qədər nüfuz etmədiyi vaxtlarda hamilə qadınlar digər məşğuliyyətlərlə yanaşı , adətən, günlərini daha çox televiziya izləməklə keçirərdilər. Artıq informasiya texnologiyaları o qədər cazibədar və çoxnövlü funksiyalara malikdir ki, kompüter arxasında oturmaq qadınlara daha maraqlıdır. Lakin istər evdə, istərsə də işdə fasilə vermədən kompüter arxasında çalışmaq əzələlərdə gərginlik, beyində və qan dövranında pozğunluğa gətirib çıxarar. Bütün bunlar hamilə qadında narahatlıq yaradar.
Odur ki, uyğun zamanlarda müəyyən fasilə vermək şərtdir, heç olmasa, 2 saatda bir 15 dəqiqə ara vermək olar. Ayağa qalxıb bir az gəzmək, əlləri, qolları rahat buraxmaq lazımdır. Otağın havasını da tez-tez dəyişmək məsləhətlidir. Bir şeyi də unutmaq lazım deyil ki, iş şəraiti nə qədər müasirləşdirilsə də, diyirçəkli və yumşaq kreslo, masa və s avadanlıqlar, həmçinin rahatlıqlar yaradılsa da, kompüterlə bağlı problemlər tükənən deyil.
Saatlarla komputer arxasında əyləşmək gözlərdə quruluq yaradır, çünki daim ekrana baxdığıçmız üçün gözlərimizi az qapayırıq, nəticədə göz qağaqları qapanmır və quru qalır. Monitorlar nə qədər qoruyucu linzalardan düzəldilsə də şüalanma yenə qalır, odur ki, qoruyucu eynəkdən istifadə etmək lazımdır. Əziz xanımlar, siz gələcəyin anasısız, şüa hüceyrələri öldürür, sonra o hüceyrələr çətin ki bərpa olunsun. Bu isə gələcəkdə ağ qan xəsləliyi yarada bilər, ona görə də, vacib olmayan hallarda kompüterdən mümkün qədər uzaq durmağa çalışın. Nəinki kompüterdən, həm də mobil telefonlardan.
 
Unutmayın ki, ananın keçirdiyi stress birbaşa bətndəki dölə təsir edir. Həm də o dərəcədə təsir edir ki, gələcəkdə övladınızın əsəbi, narahat olmasına səbəb ola bilər. ola bilər ki, siz kompüterdə elə bir şəkilə, xəbərə və ya filmə rast gələrsiniz ki, sizing dincliyinizi, ümidinizi, cəsarətinizi əlinizdən ala bilər. Oİdur ki, çalışın belə vaxtlarda kompüterdən maksimum uzaq olasınız, mobil telefonunuzu üstünüzdə gəzdirməyin. Özünüzü qoruyun..Qoruyun ki, dünyaya sağlam körpə gətirəsiniz.Çünki sağlam ana sağlam körpə deməkdir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 165
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri