Hamilələrin şıltaqlığı nədən yaranır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 324
Səs ver:
(səs: 0)
Hamiləlikdə elə şıltaqlıqlar, qəribəliklər olur ki, məsələn, qışın oğlan çağında birdən xanımlar çiyələk istəyir. İndiki vaxtda bu çətin olmasa da bu halda hər kişi həmin arzunu yerinə yetirmək üçün mağaza və bazarlara qaçmalı olur.

"Dad şıltaqlığı" necə yaranır?

 
Bu məsələyə bir neçə təklif vardır. Sözsüz ki, bir sıra şıltaqlıqların yaranmasına hormonlar səbəb olur. Dünyada tanınmış həkim Mişel Qlismanın demişdir: "Hamiləliyin ilk üç ayında orqanizmdə baş verən bu qeyri-adi, ekssentrik hormonlar dad qəribəlikləri əmələ gətirir". Amma bu qəribəliklərin hamısının hormonların təsirindən yaranmasını fikirləşmək sadəlövhlük olardı.

Bir çox alimlər belə hesab edirlər ki, hamilə qadınların bu kimi qəribəliklərində orqanizmin "müdrikliyi" təzahür edir. Məsələn, qəflətən südə qarşı yaranan tələbat onu bildirir ki, sizdə kalsium çatışmır və orqanizm С vitamini tələb edir. Şokolada qarşı həvəs əsasən hamiləliyin ikinci yarısında başlayır ki, bu da orqanizmin çoxlu miqdarda kaloriyə ehtiyacını bildirir.
Yeri gəlmişkən, südə, meyvəyə, şokolada və turşuya qoyulmuş ərzaqlara həvəs, əsasən "dad şıltaqlığı" olan hamilə qadınlar arasında daha geniş yayılmışdır.
 
- Turş qidaya həvəs, hamiləliyin ikinci və üçüncü aylıqlarında baş verir. Şirin şeylərə həvəs olduğu kimi "turşməzə" yemək həvəsi də qadınlara öz rasionunu formalaşdırmağa kömək edir ki, bu da, daha çox müxtəlif xeyirli maddələrin və kalorilərin alınması deməkdir. Meyvələr özündə həm turş, həm də şirin dadları əks etdirdiyindən hamilə xanımlar arasın da daha çox sevilir.

- Duzlu qidaya daha çox üstünlük vermə, əsasən də marinadlaşdırılmış xiyar və kələmə qarşı olan həvəs və həssaslıq da, tibbi cəhətdən öz izahını tapmışdır. Hamiləlik vaxtı əhəmiyyətli dərəcədə qan artır ki, bu da natriuma tələbata gətirib çıxarır.

- Birinci üçaylıqda əksər vaxtlar, acı tərkibli yeməklərə qarşı nifrət hissi əmələ gəlir. Alimlər hesab edirlər ki, bir sıra meyvələr və zəhərli bitkilər acı dada malik olduğundan bu təkamül müdafiəsidir. Acı dada qarşı belə yüksək həssaslıq rüşeymin əsas inkişaf dövrü olduğundan hamilə qadınları zəhərli və zərərli meyvələrin, alkoqolun, kofenin qəbul edilməsindən qoruyur.

Bir qrup alimlər isə hesab edirlər ki, hamiləlikdə dadın dəyişilməsi heç də müəyyən maddələrin çatışmamazlığından asılı deyil, müstəsna psixoloji xarakter daşıyır.
Bu nəzəriyyənin öz məntiqi mənası var - hamilə qadın bütün qida qrupuna deyil, hansısa spesifik meyvəyə meyl göstərir. Məsələn, onlar yalnız apelsin istəyirsə, deməli onu nə kivi, nə də qreypfrutla əvəzləmək mümkün deyil. Daha doğrusu, dad qəribəliklərində hər iki - fiziolojil və psixoloji faktor günahkardır.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 324
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri