Hamilə qadınlar və kompüter

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 725
Səs ver:
(səs: 1)
Kompüter ekranı qarşısında dayanmaq və ya işləmək körpənizə, ya da sizə zərər verərmi? İşləri ilə əlaqədar kompüter istifadə etmək məcburiyyətində olan hamilələr nə etməlidirlər? Mütəxəssislər hamiləlikdə kompüter istifadəsi ilə bağlı olan sualları cavablandırır.
Kompüter istifadəçilərinin çoxunda boyun, bilək, əl və çiyin ağrıları mövcuddur. Onlarda həmçinin gözlərdə problemlər ortaya çıxa bilməkdədir. Bu vəziyyət çox adamda stress yaratmaqdadır və stress hamiləlik üzərində mənfi təsirə malikdir.

Kompüter istifadə edən hamilə qadınların həm x-şüalarından qorunmaq üçün ekrandan ən az bir qol boyu uzaqlıqda işləməkləri təklif edilməkdədir. Bu məsafə təxminən 50 santimetr qədərdir və EMF ilə radiasiyanın gücü 50 santimetrdən sonra itməkdədir.
Kompüter ilə işləməkdən yaranan psixoloji və fizioloji stress uyğun şəkildə nizamlanan iş saatları və fasilələrlə azaldıla bilər. Yenə iş mühiti və masanın dizaynı stress azaltmaqda təsirlidir. Rahat kreslolar və masalar, bel hissədən dəstəkləyici yastıqlar yararlı olur. Uzun müddət fasilə vermədən çalışmaq əzələlərdə gərginlik, qan dövranında pozulmaya gətirib çıxarır. Bütün bunlar hamilə qadında narahatlıq yaradır. Uyğun zamanlarda fasilə vermək şərtdir. Bunun üçün bir saatdan bir 15 dəqiqə ara vermək kifayətdir. Ayağa qalxıb bir az gəzmək və gərilmək çox hamiləyə yaxşı təsir edər. Bu məqsədlə edilən baş, boyun hərəkətləri ilə çiyinlər və ayaqları hərəkət etdirmək qan dövranını dəstəkləyər.

Nəticə olaraq bütün bu elmi məlumatları oxuyaraq, işləri ilə əlaqədar kompüter istifadə etmək məcburiyyətində olan qadınların yuxarıdakı tədbirləri yerinə yetirməklə hamiləlikləri müddətində rahat monitor qarşısında işləyə biləcəklərini və bununla əlaqədar narahatlıq duymalarının gərəksiz olduğunu söyləyə bilərik
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 725
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri