Hamiləlik və stress

Müəllif: NoName
Şərhlər: 11
Baxılıb: 2386
Paylaş:
Səs ver:
(səs: 0)
Hamiləlik qadının həyatında xüsusi bir dövrdür. Hamiləlik zamanı qadın tez-tez gərgin olur, bəzən səbəbsiz əsəbləşir, kövrəlir, ağlayır.
Buna səbəb həm qadının orqanizmində (o cümlədən, sinir sistemində) baş verən ciddi dəyişikliklər, həm də bətnində olan körpəyə görə narahatçılıq hissidir. Hamilə qadınlar bir çox hissəsi uşağın xəstə, qüsurlu doğulmasından, hamiləliyin vaxtından tez pozulmasından qorxur.

Beləliklə, hamiləliyin özü qadın üçün müəyyən stress faktorudur. Bu vəziyyətdə hamilə qadının ətrafında olan insanlar onu hər cür ruhlandırmalı, stress və həyacanlamalardan qorumalı, ona qarşı mehriban, nəvazişli olmalıdırlar. Hamilə qadın daim sakit və onun üçün komfortlu şəraitdə olmalıdır. Bu hamiləliyin gedişatı və gələcək körpənin sağlamlığı üçün olduqca vacibdir.

Təbii ki, yüngül streslər, həyəcanlamalar həyatımızın ayrılmaz bir hissəsidir. Bundan əlavə belə yüngül streslər hətta orqanizm üçün xeyirlidir.
Lakin bəzən hamilə qadın güclü uzunsürən streslərə, həyacanlamalara məruz qalır. Güclü stress, qorxu, həyacan zamanı qadının qanına xüsusi stress-hormonlar ifraz olunur ki, bu hormonlar uşaqlığın tonusunu artırır. Uşaqlığın tonusunun artması isə uşaqsalmaya (xüsusilə hamiləliyin əvvəlində) və ya erkən doğuşa səbəb ola bilər.

Amerika Elmi Akademiyasının araşdırmalarına əsasən, güclü stress zamanı hamilə qadının orqanizmi təbii seçim aparır ki, bu seçimin nəticəsində güclü döl qalır, daha zəif döl isə həlak olur. Kişi cinsinə mənsub olan döllər daha zəif olduğuna görə, uyğun olmayan şəraitdə daha tez həlak olurlar.
Digər tərəfdən stress (xüsusilə xroniki streslər) ciftdə qan dövranını pozur və bunun nəticəsində körpənin oksigen və qidalı maddələrlə təmin olunması prosesi pozulur. Bu isə uşaqda müxtəlif problemlərin əmələ gəlməsinə səbəb ola bilər. İlk növbədə bu doğulan uşağın çəkisinin normadan az olmasına gətirib çıxarda bilər.

Güclü uzunsürən streslər toksikozun güclənməsinə, doğuş zamanı müxtəlif pozulmaların inkişafına səbəb ola bilər.
Amerikalı alimlər araşdırmalar nəticəsində belə qərara gəldilər ki, hamiləlik zamanı uzunsürən güclü streslərə məruz qalan qadınların uşaqları qorxuya və həyəcanlamaya daha meyilli olurlar, onlarda əqli inkişafının ləngiməsi daha tez-tez hallarda müşahidə olunur, onlarda digər uşaqlarla müqayisədə autizm kimi ağır pozulma daha tez-tez inkişaf edir.
Beləliklə, hamilə qadın özünü streslərdən mümkün qədər qorumalıdır və onun ətrafında olan insanlar ona bu işdə kömək etməlidir.
Lakin əgər hamilə qadın stress vəziyyətinə düşübsə, o, bu vəziyyətdən daha tez çıxmağa bacarmalıdır. Bunun üçün psixoloqların bəzi məsləhətlərindən istifadə etmək olar.
- Fiziki aktivlik (müxtəlif formalarda - idman, gəzinti, ev işləri və s.) stress vəziyyətlərindən çıxmaq üçün ən yaxşı üsuldur.
- Hər hansı xoş hadisə haddında fikirləşməyə çalışın (uşağın doğulması, onun ilk gülümsəməsi və s.).
- Xoşagəlməz hadisəni rəfiqələriniz, qohumlarınızla müzakirə edin. Bu stresin azalmasına kömək edir.
- Ağlamaq istəyəndə - ağlayın. Bu da mənfi emosiyaları azaldır.
- Yuxu stress və həyəcanlamalarla mübarizədə kömək edir.

loading...
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 2386
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
hamilelik vaxti stress grginlikden ne qeder uzaq olunsa o qeder yaxsidi
8 mart 2015 23:18
11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
talis balasi
Allah hamiya qismet etsin stredednde uzaq olsunlar
16 yanvar 2015 14:31
10
Offline
ece uslu
hamilelik zamani caliwdigin qeder stresden uzaq olmalisan- bu da mumkunsuzdu
16 yanvar 2015 01:20
9
Offline
ŞehZam
Hamilelikde stress cox boyuk fesadlara getirib cixarir, uwaq anadangelme nevroz olur esebi olur.. Boyudukce daha cox ferqine varirsan bunun.. Onun ucun saglam hamilelik vacibdir.. Her bir qadina saglam hamilelik saglam korpeler arzu edirem, ici men qariwiq inwallah
16 yanvar 2015 01:04
8
Offline
BARBI
Hamilelikde stres cox olur calisdigimiz qeder uzaq olmaq lazimdir
15 yanvar 2015 21:17
7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Qlamurr
Hamilə qadınların ruh halı dəyişkən olur,hətta qohumlarda fikir vermişəm qorxunc şeylər düşünürlər,küsürlər,inciyirlər,ətrafdakılar bunları nəzərə alıb davranmalıdırlar....tşk...
15 yanvar 2015 21:15
6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
Gulu-Qezi
ALLAHIM her kese qismet elesin
15 yanvar 2015 19:51
5
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Offline
Rusi
hamiya qismet sowu
15 yanvar 2015 19:39
4
Offline
Сладкий Ангел
hamiya qismet olsun bu duyqudua
15 yanvar 2015 19:14
3
.Bir gülüşüm var Sizlərə ömür...
Offline
Tomris Müslümova
ayyy hamiya qismet

ayyy hamiya qismet
15 yanvar 2015 18:49
2

Sən sadəcə mənimsən...!
Offline
Gülanə
Mende hamileyem menden asli olmayaraq her seye eseblesirem Allah butun hamileleri qorusun
15 yanvar 2015 18:34
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv