"Körpəm südlə doymur" qorxusu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 6 673
Səs ver:
(səs: 1)
Yenicə körpə dünyaya gətirən analar körpələrini əmizdirmək üçün çox çalışırlar. Qadınların 95 faizi körpələrini ilk anlar südlə qidalandırmağa başlasa da, sonradan süd azaldığına görə davam edə bilmirlər. Ətrafdakıların təzyiqi, "körpəm südlə doymur" qorxusu anaların süni uşaq qidalarına müraciət etməyinə səbəb olur. Ancaq qadınlar bilməlidir ki, ananın vücudu körpəni doyuracaq qədər süd istehsal etməyə hazırdır.
 
Qadınların "körpəm bu südlə doymaz, südüm çatmayacaq" kimi psixoloji qorxuları südün yaranmasını, südün kanallardan gələrək körpəyə çatmasını təmin edən oksitosin hormonunun geri çəkilməsinə, yox olmasına səbəb olur. Doğuş sonrası körpəni südlə bəsləmək haqqında sizi narahat edən bütün suallara həkiminizlə birgə cavab tapmağa çalışın. Bu, sizi rahatladacaq.
 
İstər normal, istərsə qeysəriyyə kəsiyi əməliyyatı ilə doğuşdan sonrakı 4-5 gün ərzində ana südündə ani artım olur. Nəticədə körpənin ehtiyacından artıq süd istehsal olunur. Bunun davamlı olması üçün körpəni bol-bol əmizdirmək və döşlərin xüsusi alətlə sağılması vacibdir. Döşləri sağarkən balaca şişkinliklər, qızartılar, qızdırma kimi problemlər ola bilər. Ağrılar olduğundan qadın körpəsini tam rahatlıqla əmizdirə bilmir və nəticədə südün miqdarı azalır. Bunun qarşısını almaq üçün ana döşlərini düzgün şəkildə necə sağmalı olduğunu və sağdığı südü necə və harda saxlamalı olduğunu öyrənməlidir. Bütün bunları xəstəxanadan çıxmadan öncə tibb bacıları, ya da uşaq həkimlərindən öyrənə bilərsiniz.
 
Körpəniz dünyaya gələndə ona doğma olan yalnız ana qoxusu, səsi və nəfəsi olur. Onun dünyaya uyğunlaşması üçün 40 gün müddət lazımdır. Bu müddətdə tələsməyin. İlk 2-3 həftə ərzində döşünüzdəki süd bitənə qədər fasilələrlə körpənizi əmizdirin. Bol-bol əmizdirin, bol-bol su için, körpənizlə yatıb-durun. Hər şey yoluna düşəcək.
 
İlk 3-4 gün ərzində körpənizin çəkisi azala bilər. İlk 10 günün sonunda yaxşı çəki alsa, əvvəlki kimi əmizdirməyə davam edin. Ancaq çəkisində dəyişiklik yoxdursa, əmizdirmə məsələsinə, hansı fasilələrlə əmizdirdiyinizə, nə qədər su içdiyinizə və nə qədər yatdığınıza nəzarət edin. O dəqiqə narahat olmayın, yoxsa bu, südünüzün azalmasına səbəb ola bilər.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 6 673
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri