Hamiləlikdə yorğunluq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 8 720
Səs ver:
(səs: 1)
Hamiləliyin əvvəlində qadınların çoxu normadan daha çox yorğun olurlar. Bədəniniz yeni bir vəziyyətlə qarşı-qarşıyadır və bu vəziyyət daha çox psixoloji və fiziki yüklərin artması şəklindədir. Yeni duyğu və düşüncələr və fiziki yüklə qarşı-qarşıya qalan bədəniniz (hamiləliyiniz planlaşdırılmış və ya planlaşdırılmamış olsa belə) bir sıra problemləri qarşılamaq məcburiyyətindədir. Qan həcminizin sürətlə artması, bədəndə su toplanması, qarınınıza doğru böyüyən körpə və hormonların təsiriylə meydana gələn əzələ-skelet sistemi dəyişiklikləri əsas yorğunluq səbəbləridir. Körpənizin sağlam olub olmayacağı düşüncəsi, necə ana olacağınız və doğumdan sonrakı həyatınızda meydana gələcək dəyişikliklərə istiqamətli qayğılar isə sizi psixoloji olaraq yoran başlıca faktorlardır.

Təkliflər:
• ehtiyacınız olduğu qədər istirahət edin,
 -yoldaşınız sizi hamiləykən başa düşməli, bir çox ev işlərində kömək etməli və sizə mümkün qədər çox istirahət etməyə imkan yaratmalıdır,
 -Mümkün qədər az ayaqüstə qalın və yüngül, sizi narahat etməyən və rahat olan ayaqqabı geyinin.
• istirahət edərkən qıçlarınızı yuxarıya qaldırın,
• ətrafınızdakı insanlardan sizə köməkçi olmalarını istəyin,
• enerjili olmanın ən yaxşı yolu məşq etməkdir. Hər gün normadan çox olmadan və özünüzü yormadan, tərləmədən orta dərəcədə bir məşq (məsələn, yoldaşınızla gəzmək) özünüzü daha yaxşı hiss etmənizi təmin edə bilər.
• ideal qidalanın! Hamiləliyin başlanğıcında kifayət qədər dəmir, vitamin və zülal qəbul etməməyiniz yorğunluq hissinizi artıra bilər.
• siqaret və spirt istifadə edirsinizsə buraxmalısınız!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 8 720
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri