Hamilə qalmağın asan yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 6 715
Səs ver:
(səs: 4)
Hamilə qalıb, qalına bilməyəcəyi şübhəsiz ki, əvvəlcədən bilinə bilməz. Heç bir həkim ya da insan heç kimə uşağın olar ya da olmaz deyə zəmanət verə bilməz. Əlbəttə edilən araşdırmalarda uşaqlığı, yumurtalıqları ya da xayaları (kişilərdə) olmayan cütlərdə təbii olaraq hamiləlik olmayacağı müəyyəndir. Ancaq anatomik olaraq heç bir problem olmasa belə qorunmasız cinsi əlaqə ilə keçən bir ilin sonunda cütlərin 15% də açıqlana bilməyən bir şəkildə sonsuzluq problemi olduğu unudulmamalıdır.

Hamilə qalmağa qərar verildiyində təbii olaraq ilk ediləcək şey qorunmağı buraxmaqdır. Qorunmanın növündən asılı olaraq hamilə qalma qabiliyyətiniz 0-3 ay ara verə bilər. Məsələn, uzun təsirli qorunma iynələri istifadə edənlərdə qorunmanı buraxdıqdan sonra 3-4 ay hamiləlik meydana gəlməyə bilər. Spiralın çıxarılması və hamilə qalmamaq üçün qəbul edilən dərmanların buraxılması zamanı ertəsi ay hamiləlik meydana gələ bilər.

Hamilə qalma şansını artırmaq üçün nizamlı bir cinsi həyat və həftədə ən azı 2-3dəfə cinsi əlaqədə olmaq lazımdır. Daha seyrək olan əlaqələrdə də əlbəttə hamiləlik meydana gələ bilər, amma ehtimal daha az olacaq. Bu halda cütlərin 70% i 6 ay içində hamiləlik əldə edir. Heç bir problemə sahib olmayan və qorunmayan bir cütün orta hamilə qalma şansı hər aybaşı dövründə 25% ətrafındadır.

Hamilə qalmaq üçün ən uyğun dövr 28 gündən bir aybaşı görən qadında qanaxmanın başlanğıcından etibarən 12-15ci günlərdir. Çünki bu dövrlərdə sağlam bir qadının mayalanması baş tutur.

Mayalanmanın baş tutduğu aydın olurmu?

Süd vəzilərində həssaslıq, qarın nahiyyəsi və qasıqda ağrı və narahatlıq hissi, vaginal (uşaqlıq yolu) axıntıların və vaginanın (uşaqlıq yolu) yaş olmasının artması kimi şikayətlər mayalanmanın reallaşdığının işarələridir. Bundan əlavə apteklərdə satılan mayalanma təyin etmə testləri ilə də mayalanmanın reallaşıb, reallaşmadığı təyin oluna bilər. Köhnə bir üsul olmasına baxmayaraq bədən istiliyinin təyini ilə də mayalanma olub olmadığı aydın ola bilər.

Cinsi əlaqə zamanı sürüşkənlik yaradan tüpürcək və ya digər krem vəs. kimi maddələrin istifadə edilməsi spermalara zərər verərək hamiləliyi çətinləşdirə bilər. Bundan əlavə ayaqüstə və ya oturaq mövqedə yaşanan cinsi əlaqədə ya da əlaqədən dərhal sonra ayağa qalxıldığında spermaların uşaqlıq ağzından (uşaqlıq boynu) keçmələri çətinləşər, Cinsi əlaqədən sonra qadının bir müddət kürəyi üstə yatması hamiləlik ehtimalını artıra bilər.

Hamiləlik və hamiləliyə qədərki dövrdə cütlərin yüksək istilikdən çəkinmələri məqsədə uyğundur. Saunadan və çox isti suyla duş qəbul etməkdən qaçınılmalıdır. Bundan başqa kompüter və televizor ekranından yayılan elektromaqnit sahənin də hamilələrə zərərli ola biləcəyi düşünülür.

Bu zərərli təsirdən qorunmaq üçün kompüter ekranından ən azı 80 sm uzaqda oturulması təklif edilir. Xüsusilə monitorların arxa hissəsindən uzaqda oturmaq lazımdır.

Cütlərin 15% də 1 il ərzində hamiləlik olmaya bilir. Bir il daimi cinsi əlaqədə olan (qorunmasız) və hamiləlik baş tutmayan ailələr sonsuz hesab olunur. Bir ilə qədər müddətdə hər hansı bir ailədə hamiləlik baş tutmamışsa narahat olmağa dəyməz və cinsi əlaqələrinizi davam etdirmək tövsiyyə olunur. Bir il tamam olduqda və hamilə qalınmadıqda həkimə müraciət etmək və sonsuzluğun müayinə və müalicələrinə başlamaq lazımdır.
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 6 715
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri