Yalançı hamiləlik

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 4 528
Səs ver:
(səs: 3)
Yalançı hamiləlik (və ya psevdohamiləlik) kifayyət qədər nadir psixiki-fiziolioji vəziyyətdir.

Hamilə olmayan qadın birdən-birə özünü hamilə kimi hiss etməyə başlayır - menstruasiyalar kəsilir, süd vəziləri böyüyür, səhərlər ürəkbulanması olur, qadının əhval-ruhiyyəsi tez-tez dəyişilir, qadın tez yorulur və s. Qadının qarnı böyüməyə başlayır. Bəzi qadınlar hətta dölün tərpənməsini "hiss edirlər". Nəzərə almaq lazımdır ki, psevdohamilə qadın heç kimi aldatmır, hiylə etmir, o, həqiqətən hamiləliyi hiss edir və yaşayır.

Bu vaxta kimi tibbdə bu vəziyyətin səbəbi aşkar olunmayıb. Həkimlər bunu psixiki pozulma kimi qiymətləndirir, lakin psevdohamilə qadının orqanizmində olan fizioloji dəyişiklikləri tibb nöqteyi-nəzərdən izah edə bilmirlər.

Psevdohamiləliyi həmçinin "isteriyalı hamiləlik" adlandırırlar. Belə hamiləlik güclü emosional həyəcanlar və ya psixi sarsılmalar yaşayan çox həssas qadınlarda müşahidə olunur. Bir çox hallarda psevdohamiləlik 35 yaşından yuxarı olan sonsuz qadınlarda müşahidə olunur. Hər bir konkret halda səbəblər müxtəlif ola bilər:

- qadın inanır ki, hamiləlik onun ailəsini dağılmaqdan saxlayacaq,

- qadın illər ərzində sonsuzluqdan müalicə alır, lakin lazım olan nəticə əldə olunmur,

- qadın faciəli şəkildə uşaq itirib,

- qadın menopauza dövrünə yaxınlaşır, lakin onun uşağı yoxdur,

- qadının bacısı və ya yaxın rəfiqəsi hamilədir və bu ona çox güclü emosional təsir edib.

Psevdohamiləlik həmçinin uşaq istəməyən və ya hamiləlikdən və doğuşdan dəhşətli dərəcədə qorxan qadınlarda müşahidə oluna bilər.

Lakin bəzən belə hamiləliyin səbəbi hormonal pozulmalar və ya kiçik çanaq şişləri ola bilər.

Bəzən psevdohamiləlik zamanı hamiləlik testi müsbət nəticə göstərir, əksər hallarda isə nəticə mənfi olur. Psevdohamiləliyin diaqnozu USM-i nəticəsində qoyulur - qadında hamiləliyə xas olan əlamətlər (uşaqlıqda dölün olması və s.) aşkar olunmur. Əksər hallarda bu diaqnoz qadına çox ağır təsir edir. Bir çox hallarda həkimin izahatı və yaxınların qayğısı və psixoloji köməyi qadına bu vəziyyətdən çıxmağa kömək edir. Tədricən "hamiləliyin" simptomları da yox olur. Qadına psixoterapevtin köməyi də lazım ola bilər.

Lakin bəzi qadınlar diaqnoza inanmır, həkimin dediklərini dərk etmək istəmir, ətrafdakılara qulaq asmır, özünü qeyri-normal aparır. Bu halda qadına psixiatrın köməyi lazım olur. Psixiatr qadına xüsusi müalicə təyin edir.

Bəzən psevdohamiləlik şizofreniya (psixi xəstəlik) fonunda qadınlarda və hətta kişilərdə müşahidə olunur.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 4 528
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri