Ana namizədlərinin duyğularının körpəyə təsiri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 813
Səs ver:
(səs: 2)
Hamiləliyin 28-ci həftəsindən etibarən hər cür qavrayış qabiliyyəti inkişaf edən körpənin, ananın yediyi bir şokoladı belə fərq edib xoşbəxt olduğu bildirilir. Körpə hələ ana bətnində, ananın psixoloji vəziyyətinə görə şən, kədərli və ya içinə qapalı bir uşaq şəxsiyyətinə bürünür.

Ana kədərli ya da sevincli olduğunda körpənin hərəkətləri də dəyişir. Ana üzüntülüykən hərəkətsiz qalan körpə, sevincliykən hərəkətə keçər. Körpə anasıyla sevinməyə və kədərlənməyə hələ ana bətnində başlayır. Körpənin bu vəziyyəti, analar tərəfindən diqqətli bir müşahidə sayəsində asanlıqla hiss edilə bilər.

Bu vəziyyət xüsusilə stressli iş mühitində işləyən ana namizədləri üçün əhəmiyyətli bir riskdir. Hamilələr, hamiləliyin ilk günündən etibarən özlərini iki insan kimi düşünə bilərlər. Yəni yemək yeyərkən, hətta gülərkən və ağlarkən belə yalnız özlərini deyil, körpəni də düşünmələri lazımdır.

Körpələr ananın psixologiyasını yaxından paylaşırlar. Düşünülənlərin əksinə olduğu mühitin gərgin, ya da dinc olduğunu anlaya bilərlər. Körpələr, doğuma 2 ay qalmış anasının qucağına bir başqa körpəni götürərək sevməsinə təpiklə reaksiya verə bilər. Ancaq, bu reaksiyanın səbəbi hələ dəqiq bilinmir. Ana bətnində xoşbəxt bir dövr keçirmiş olan körpə, doğumdan sonra güclü reflekslərə sahib olur. Çətin hamiləlik dövrü keçirmiş anaların körpələri isə doğumun ardından, müxtəlif sağlamlıq problemləriylə qarşılaşma riski daşıyır. Körpələr irəliləyən yaşlarda belə, ana qarınında yaşadıqlarının təsirində qala bilərlər.

Uşağın xarakteri doğumdan deyil, hamiləlikdən etibarən meydana gəlməyə başlayır.

Hamiləlik dövrü bir çox qadın üçün xoşbəxtlik və kədər, cəsarət və qayğı, təklik və birlik kimi zidd duyğuların bir yerdə olduğu romantik bir dalğalanma dövrüdür.

Ana namizədi bir tərəfdən həyəcanlı bir gözlənti yaşayır, amma bu həyəcana qayğılar da yoldaşlıq edir. Körpənin sağlamlığı, doğum, körpənin qayğısı, əmizdirmə kimi bir çox mövzuda yaşanan, bu qayğılarla baş edə bildiyi ölçüdə stressiz bir hamiləlik keçirəcəkdir. Bu vəziyyət, hələ ana bətnində körpənin də ruhi sağlamlığını yaxından əhatə edir.

Bu dövrdə yaşanan qorxuların və qayğıların çoxu son dərəcə normal haldır. Bu qayğıların bir qismi bədəndəki fiziki dəyişikliklərə bağlı, bir qismi də yaşantılarla əlaqədardır. Bu dövr əslində ana namizədinin özünü, qadınlığını, dəyişiklikləri, duyğularını kəşf etməsi üçün ideal bir dövrdür. Yəni fərqli bir "mən"i araşdırmaq və içinizdə daha əvvəl tanımadığınız duyğularla tanış olmaq, bu dövrü əslində unikal bir dövr edir. Hamiləlik dövrü qısa sürən, amma qadının özü üçün qiymətli bir dövrdür. Ananın etməsi lazım olan qayğıları və qorxuları bu dövrün təbii bir hissəsi kimi qəbul edib, arxasına söykənib hamiləliyin kefini çıxartmaq olmalıdır.

Uşaq böyütmək hamiləlik dövründə başlayan bir müddətdir. Ana namizədi öz duyğularını doğru tanıdıqca, tanımladıqca körpəsinə daha sağlam bir ana modeli yaradacaq. Əgər duyğularını tanımaqdan qaçarsa, onları görməməzlikdən gələrsə, dəstək almazsa gərginlik və stress dolu bir dövr yaşanması və bunun körpəyə də təsir etməsi qaçınılmaz olacaq. Bunlarla başa cıxmaq üçün ailənin dəstəyi vacibdir.

Ana namizədlərinin duyğularının körpəyə təsiri
Doğum sonrası psixoloji vəziyyət

Doğum sonrası dövrdə də, eynilə hamiləliyin ilk dövründə olduğu kimi fizioloji dəyişikliklər çox sürətli reallaşır. Hormon səviyyələrindəki sürətli eniş, duyğuların vəziyyətindəki dəyişiklikləri də özü ilə gətirir. Bununla birlikdə başqa faktorlar da, ananın doğum sonrası psixoloji problemlər yaşamasına səbəb olacaq.

Ananın körpə ilə, ailənin gələcək həyatı və nizamı ilə, istərsə də özü ilə əlaqədar bir çox qayğısı olacaq. Körpənin sağlam olub-olmayacağı, körpəyə kifayət qədər yaxşı baxıb-baxmayacağı, maddi olaraq körpəyə kafi olub-ola bilməyəcəyi, körpəni əmizdirib-əmizdirə bilməyəcəyi, digər uşaq ilə körpənin bir-birləri ilə uyğunlaşması, yoldaşı ilə ünsiyyət, işə geri dönəcəksə, körpənin baxımı kimi bir çox mövzu ananı narahat edir.

Bu qayğılar, tez ağlama, yorğunluq, duyğuların qısa müddət içində xoşbəxtlik-bədbəxtlik arasında dəyişməsi, hirs böhranları, iştah itkisi, yuxusuzluq kimi əlamətlər şəklində ortaya çıxa bilər. Ancaq bu vəziyyət qısa müddətlidir. Hər ananın doğumdan bir neçə gün sonra yüngül, ya da sıx olaraq yaşayacağı və 1-2 həftə ərzində keçməyəcək bir vəziyyətdir. Bu dövrdə ananın, xüsusilə həyat yoldaşı ilə müsbət əlaqələr içində olması dəstəkləyici olacaq. Yalnız olmadığını hiss etməsi, birlikdə zaman keçirmək, körpənin baxımını paylaşmaq, istirahət etməsi üçün imkan yaratmaq, doğru qidalanmaq, fiziki baxımına laqeyd yanaşmamaq bu dövrü asan keçirməyə təmin edəcək.

Əgər doğum sonrası görülən bu duyğu dəyişiklikləri 2 həftədən uzun sürərsə, ananın ətrafı ilə və xüsusilə körpə ilə ünsiyyətini pozursa, iştah və yuxuda azalma, pessimizm, istəksizlik, bədbəxtlik, hirs, diqqətsizlik, unutqanlıq və intihar fikirləri varsa, mütləq bir mütəxəssisdən kömək almaq lazımdır. Doğum sonrası depressiyası olaraq adlandırılan bu vəziyyətin müalicəsi üçün, ananın müalicə və dərman dəstəyi alması, atadan və ailədəki digər kəslərdən də məsləhət alaraq anaya necə kömək edəcəkləri mövzusunda məlumatlandırılmağı əhəmiyyətlidir.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 5 813
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri