Hamiləliyə hazırlıq – çox vacib mərhələdir

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 5 884
Səs ver:
(səs: 4)
Hamiləlik zamanı baş verə biləcək fəsadların və müxtəlif inkişaf qüsurları ilə doğula biləcək uşaqların sayını mümkün qədər azaltmaq üçün hamiləliyə əvvəlcədən hazırlaşmaq lazımdır. Bu hər 2 iştirakçı tərəfə, yəni qadın və kişiyə aiddir.

Tərəflər ilk növbədə qan qrupu və rezus-faktorlarını müəyyən etməlidirlər.

Belə ki, qadının qanı rezus-mənfi, kişinin qanı rezus-müsbət olarsa, hamiləlik zamanı rezus-konflikt baş verməsi müayinəsi ilə müəyyən etmək tələb olunur. Belə ki, əgər qadin hamiləiyə qədər süni uşaqsalma, cərrahi əməliyyatına məruz qalıbsa, ona qan köçürülübsə və ya hamiləlik 1-ci deyilsə, onun qanında xüsusi rezus-anticisimlərin (əks-cisimciklərin) əmələ gəlmə ehtimalı olur.

Hamiləlikdən qabaq qadın və kişinin QİÇS, hepatit B və C, sifilis, xlamidioz, toksoplazmoz, mikoplazmoz, sitomeqalovirus, herpes (I və II tip sadə herpes virusları), məxmərək və digər infeksion və virus xəstəliklərinin laborator müayinəsindən keçmələri də məsləhət görulur. Müayinələrin nəticələri həkimə təqdim edildikdən sonra, tələbat olduğu halda, hamiləliyə qədər olan müddət ərzində müalicə kursu almaq və peyvəndlərin (missal üçün, məxmərəyə, B hepatitə qarşı) olunması lazım ola bilər.

Son zamanlar yeni doğulmuşlarda anadangəlmə xəstəliklər və qüsurların artmasını nəzərə alaraq tərəflərdən birində irsi xəstəliklərin olması və ya ailədə doğulmuş uşaqlardan heç olmasa birində anadangəlmə qüsurun olması faktı varsa, bu zaman mütləq həkim-genetikin baxış məsləhəti vacib sayılır. 30-35 yaşından sonra hamilə olan qadınlara da həkim-genetikin baxışı məsləhətdir.

Nəzərdə tutulan hamiləlikdən 2-3 ay əvvəl gələcək ana və ata tərəfindən tərkibində fol turşusu olmaqla polivitaminlər qəbul edilməsi məsləhətdir. Hamiləlik baş verdikdən sonra ana tərkibində fol turşusu olan polivitaminlərin qəbul edilməsini davam edir. B qrup vitaminləri və fol turşusu dölün normal inkişafına kömək edir.

Hamiləlikdən qabaq hamiləlik və doğuş zamanı üzərinə daha çox ağırlıq düşən orqanların (ürək, böyrəklər, qara ciyər, sinir və endokrin sistemi) tam müayinəsini keçmək, qanın müvafiq müayinələrini etmək lazımdır. Əgər sizdə hər hansı bir xroniki xəstəlik varsa, nəzərdə tutulan hamiləlikdən əvvəl bu haqda mütləq müalicə həkiminizə məlumat verin (lazım gəldikdə hamiləlikdən qabaq müvafiq müalicə kursu alın!).

Hamiləliyə hazırlaşarkən gələcək ana həkim mama-ginekoloqda müayinədən keçməli, kiçik çanaq orqanlarının USM-ni etməli, hormonal sistemini yoxlamalıdır. Gələcək ata isə həkim-androloq və uroloq (kəskin və ya xroniki prostatitə görə) tərəfindən müayinə olunmalıdır.
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 5 884
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri