Doğum sonrası psixoz: ana körpəsini öldürə bilər!

Müəllif: Qlamurr
Şərhlər: 8
Baxılıb: 3 331
Səs ver:
(səs: 4)
Doğum sonrası psixoz – psixi pozuntu olub, nadir rast gəlinən xəstəliklərdəndir.
Əgər anada ciddi problemlər olarsa, uşaqdan ayrılmalı, psixiatrik stasionara yerləşdirilməlidir.
Uşağın dünyaya gəlişi hər bir ailə üçün sevincdir. Ancaq bəzi hallarda bu proses qadının həyatında xoşagəlməz dəyişikliklərə səbəb olur. Doğuşdan bir müddət sonra qadın özünü qəribə aparır. Adətən bu dəyişiklik özünə qapılmaq, qorxu hissi keçirmək, küçəyə çıxmamaq kimi hallarla özünü büruzə verir. Bu zaman ciddi problem yaranır — doğum sonrası psixoz.
Doğum sonrası psixoz – psixi pozuntu olub, nadir rast gəlinən xəstəliklərdəndir. Doğuşdan 2-4 həftə sonra baş verir. Statistikaya görə, bu xəstəlik dünyaya uşaq gətirən hər min qadından bir-ikisində rast gəlinir. Yuxusuzluq, gərginlik, baş ağrısı, rahatsızlıqla başlanan vəziyyət, doğulan uşağın onun olmaması fikirləri, uşaqda hansısa xəstəliyin olması düşüncəsi, ona yetərincə qulluq edə bilməmək kimi fikirlər, özünü günahlandırma hissi müşahidə olunur və bu səbəblər sonunda uşağı öldürüb ondan qurtulmaq kimi fikirlərə gətirib çıxardır. Doğuş sonrası psixoz yüngül və ağır formada gedə bilər. Əgər bu problem vaxtında aradan qaldırılmasa, gələcəkdə uzun sürən, hətta qarşısı alınmayan problemlərə — ana və uşağın ölümünə gətirib çıxara bilər.
Səbəbləri:
Hormonal dəyişiklik, xüsusilə doğuşdan sonra estrogenlərin azalması;
Doğuşdan əvvəl psixi pozuntulardan əziyyət çəkmə;
Narkotik maddələrdən istifadə (həşiş, marixuana);
Doğumla bağlı stress.
Doğum sonrası psixozun əsas simptomları:
Maniakal əlamət: Oyanıqlığın artması, sayrışan və ya yüksək qiymətli fikirlərlə xarakteriza olunur;
Hallüsinasiya: ən çox eşitmə hallüsinasiyasına rast gəlinir;
Şəxsiyyət dəyişikliyi və anormal təfəkkür;
Özünü qiymətləndirmənin adekvat olmaması;
İştahanın pozulması;
Ölüm fikri – bu prosesin ağırlığını göstərir.
Görülən tədbirlər:
Əgər qadında doğuş sonrası psixoz başlayıbsa, mütləq həkimə müraciət etməlidir. Belə hallarda antipsixotik dərman maddələri — neyroleptik və antidepressant dərman maddələri verilməlidir.
Əgər anada ciddi problemlər olarsa, uşaqdan ayrılmalı, psixiatrik stasionara yerləşdirilməlidir.
Yaxınlarının dəstəyi: Qadının evdə yaxud xəstəxanada olmasından asılı olmayaraq, daim yaxınları tərəfindən ciddi dəstək almalıdır.
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 3 331
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri