Hamiləlikdə toksoplazmoz olmasının səbəbləri!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 336
Səs ver:
(səs: 2)
Qadınların bir çox hissəsi hamiləlik zamanı toksoplazmoz kimi xəstəliklə üzləşir.

Toksoplazmoz parazitar xəstəlikdir. İnsan bu xəstəliyə heyvanlardan və həmçinin tam bişməmiş və ya qızarmamış ətdən, pis yuyulmuş və ya yuyulmamış meyvə, giləmeyvə və tərəvəzlərdən, torpaqla işlədikdə və s. yoluxa bilər.

Hamiləliyin planlaşdırılması mərhələsində qadın digər infeksiyalarla yanaşı toksoplazmoza da yoxlanılmalıdır. Bunun üçün qadın qan analizi verməlidir. Qanda bu infeksiyaya qarşı iki cür immunoqlobulinlərin (İgG və İgM) olub-olmaması təyin olunur. Bəzi hallarda analizlərin nəticələri həkimlərdə suallar yaradır və bu halda qadın müəyyən müddətdən sonra təkrar analizə göndərilir.

Təəssüflər olsun ki, qadınların əksəriyyəti infeksiyalara hamiləlikdən əvvəl yox, hamiləlik baş tutduqdan sonra yoxlanılır. Bu zaman hamilə qadın onun qanında bu virusun aşkar olunması haqda  eşidtikdə, stress vəziyyətinə düşür. Lakin əksər hallarda narahatçılıq üçün ciddi səbəb olmur. Bu infeksiya hamiləlik zamanı müalicə oluna bilər.

Beləliklə, qadın toksoplazmoza görə yoxlandıqda, bu kimi nəticələri ala bilər:

- İgM müsbət, İgG mənfi.

Normadan qanda İgM immunoqlobulinlər olmamalıdır. Qanda İgM immunoqlobulinin olması infeksiyanın kəskin dövründə mümkündür. Bu o deməkdir ki, infeksiya orqanizmə təzə düşüb. İgM immunoqlobulinləri yoluxmadan sonra 2-3 ay ərzində qanda təyin olunurlar. Bu vəziyyət hamiləlik zamanı ən təhlükəli sayılır.

Təzə infeksiya döldə müxtəlif pozulmalara səbəb ola bilər. Bu pozulmalar arasında: hamiləliyin pozulması, vaxtdan tez doğuş, yenidoğulmuşda sinir sistemində pozulmaların olması. Lakin vaxtında təyin olunmuş müalicə bu pozulmaların riskini minimuma çatdırır.

Bu səbəbdən qadında toksoplazmozun "təzə" forması aşkar olunduqda, ona mütləq müalicə təyin olunmalıdır. Müalicə adətən hamiləliyin 12-ci həftəsindən sonra təyin olunur. Bu zaman qadına antibakterial preparatlar - "antibiotik"lər (adətən rovamisin, spiramisin) və həmçinin immuniteti möhkəmləndirən preparatlar, vitaminlər və s. təyin olunur.  Dərmanların dozalarını və qəbulun müddətini hər bir konkret halda həkim təyin etməlidir. Qadın bütün həkimin tövsiyələrini yerinə yetirməlidir. Bu olduqca vacibdir.

- İgG müsbət, İgM mənfi.

İgG immunoqlobulinlərin qanda olması (İgM isə olmaması) "köhnə" infeksiyadan xəbər verir. Məsələ burasındadır ki, insanların bir çox hissəsi özləri bundan xəbərsiz olaraq bu xəstəliyi gizli şəkildə keçirir və daha sonra onların orqanizmində bu xəstəliyə qarşı davamlı immunitet yaranır. Bu ən yaxşı variantdır. Bu vəziyyət təhlükəli sayılmır. Adətən qadına bu halda heç bir xüsusi müalicə təyin olunmur.

- İgG və İgM müsbət.

Bəzən qadının qanında həm İgG, həm də İgM immunoqlobulinləri aşkar olunur. Bu o deməkdir ki, infeksiya orqanizmdə təxminən 1 il ərzində "yaşayır".  Bu halda qadına adətən 2-3 həftədən sonra təkrar analiz təyin oluna bilər.  Qadına müalicə təyin olunur.

- İgM və İgG mənfi.

Bəzən qadının qanında toksoplazma tapılmır (İgM və İgG yoxdur). Bu halda qadın çox diqqətli olmalıdır və hamiləlik zamanı bu infeksiyaya yoluxmamalıdır. Bunun üçün heyvanlarla kontaktlardan uzaq olmaq, gigiyena qaydalarına ciddi riayət etmək, yalnız yaxşı bişmiş və ya qızarmış ət yemək, meyvə və tərəvəzləri yaxşı yumaq lazımdır.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 336
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri