Doğuşla bağlı maraqlı faktlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 868
Səs ver:
(səs: 4)
Doğum –özü özlüyündə müəmmalı hadisədir. 9 ay ərzində heç nədən insan yaranır. Doğulduqdan 1 ay sonra üzünüzə gülümsəyən, 1 ildən sonra qaçan, danışan, 7 ildən sonra məktəbə gedən, daha 15 il sonra sizi nənə edəcək bir varlığa dönür.

İndi isə doğuşla bağlı ən maraqlı faktları təqdim edək.

Rus kəndlisi Fedor Vasilyevin yoldaşı 27 dəfə doğum keçirimişdir. 40 il ərzində həyata 69 uşaq gətirmiş qadın 16 dəfə əkiz, 7 dəfə üçüz, 4 dəfə isə bir doğuşa 4 uşaq doğmuşdur.

Körpələrin doğumu ən çox çərşənbə axşamı gününə təsadüf edir.

İlk dəfə 1847-ci ildə doğuş zamanı birinci anesteziya tətbiq edilmişdir. Şotland həkim Djeyms Yanq Simpson xloroformdan istifadə etmişdir.

Ən qoca ananın (Hindistan sakini) 70 yaşı olub.

Ən ağır çəkili yeni doğulmuş körpə 10,2 kq, ən az çəkili isə vaxtından tez dünyaya gəlmiş qız uşağının çəkisi isə 281 qr olmuşdur.

Afrikalı 17 yaşlı qadın 23 gün doğum etmişdir. 6 dənə əkiz gözləyən bu qadın uşaqlardan 5-ni 15 oktyabr tarixində, 6-ı isə 23 gün sonra dünyaya gətirmişdir.

Əkiz uşaq anası Peqi Linn körpələrdən birini digərinə nisbətən 3 ay sonra dünyaya gətirmişdir.

Ən qısa doğuş britaniyalı Palak Veysin – 2 dəqiqə ərzində baş vermişdir. Dölyanı suyu açılmış bu qadın 2 dəqiqə
ərzində dünyaya uşaq gətirmişdir.

17 əsrə kimi bütün doğuşlar vertikal şəkildə qəbul edilirdi. XIV Lyudovikin oğlunun doğulmasını izləməsi üçün
qadını ilk dəfə beli üstə uzandırmışdılar və bundan sonra bu dəb halını almışdır.

Körpələrin yalnız 10% vaxtında 40 həftədə dünyaya gəlir. 38 həftədə körpə tam yetişmiş sayılır.

Uşaq dünyaya gətirmiş qadın 6-8 həftə ərzində özünə gəlir. Bu zaman ərzində qiqiyenaya riayət etmək, fiziki
işlərdən uzaq durmaq lazımdır. Bu qadağalar cinsi həyata da aiddir. Doğuş sonrası seks emboliya xəstəliyi (hava
köpüyü ilə qan damarının tutulması) ilə təhlükəlidir. İngiltərə mütəxəssisləri 1967-ci ildə 1993-cü ilədək 18 dəfə bu səbəbdən ölüm halı qeydə almışdır.
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 3 868
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri