Hamilə olmaq şansını necə artıraq?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 243
Səs ver:
(səs: 3)
Banan
Banan hormonları tənzimləyən meyvədir və döllənməyə də çox kömək olur. Aybaşı pozğunluğu, sperm faizinin zəifliyi və B6 vitaminin çatışmazlığı sonsuzluğa gətirib çıxara bilir. Lakin bananın tərkibində olan B6 vitamini bütün bunları tənzimləyir.

Qulançar
Bu bitkinin tərkibi fol turşusu maddəsi ilə çox zəngindir. Hamiləliyə hazırlaşan qadınlara mütəmadi olaraq fol turşusu qəbul etməyi məsləhət edirlər. Buns görə də quşqonmaz bitkisi çox faydalıdır

Midyə
Araşdırmalar zamanı B12 vitamininin çatışmazlığı hamilə qalmağı əngəllədiyi sübut olunub. Belə ki, orqanizmdə B12 vitamini çatışmazlığı varsa, döllənmiş yumurtalıq zəif olur və dölü saxlaya bilmir. Bu zaman hamiləliyin pozulması olur. Midyənin tərkibində B12 vitamini zəngindir.

Yumurta
Sonsuzluğun ən başlıca səbəblərindən biri D vitaminin çatışmazlığıdır. Yumurta isə D vitamini ilə zəngindir. Yumurtanı çoxlarımız sevmirik. Ancaq həftədə ən az 2 dəfə yumurta yemək D vitamini çatışmazlığını aradan qaldıra bilər.

Badam
E vitamini çatışmazlığı həm qadın, həm də kişilərdə sonsuzluğa gətirib çıxarır. Kişilərdə sperm və qadınlarda yumurtalıqda DNA-nı qoruyan antioksidantlar badamın tərkibində var.

C vitamini bol olan meyvələr
Araşdırmalar zamanı sonsuzluq problemi yaşayan kişilərə gündə 1000 mq dozasında 2 dəfə C vitamini qəbul etdirilmiş və spermanın faizində və keyfiyyətində yüksəliş müşahidə edilmişdir. C vitaminin qadınlarda da hormonların tənzimlədiyini sübut etmişlər.

Somon balığı
Somon balığı seleniumla zəngin bir qidadır. Yumurtalıqları qoruyan antioksidantın əmələ gəlməsində böyük rol oynayır. Eləcə də xromosom problemlərini həll etməkdə çox təsirlidir.

Noxud
Noxudda olan sink qadınlarda ostrogen və progesteron hormonlarının səviyəsini həmişə qaydasında qalmasını təmin edər.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 4 243
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri