Hamiləliyin yadda qalan nöqtələri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 747
Səs ver:
(səs: 3)
Hamiləlik dövrü hər bir qadının həyatında yaşadığı ən gözəl hissdir. Bu dövrdə qadınların bir çox yadda qalan xatirəsi vardır, lakin bu siyahıda hamilə olduğunuz vaxtda məncə ən əhəmiyyətli, heç yaddan çıxara bilməyəcəyiniz 7 gözəl nöqtə var. Oxuduqca mənə haqq verəcəksiniz.
Hamiləlikdə bunlara diqqət emək lazımdır.

1. Hamiləlik testi
Bu, əsla yaddan çıxmır. Təbii ki, bu anı yaşayanlar o ankı duyğunu daha yaxşı bilirlər. Testdə iki xətt göstərdiyi anda keçirdiyimiz həyəcanın yerini heç nə verə bilməz (Təbii ki, bu vəziyyət bəzən ağlamağa, ya da depressiyaya da səbəb ola bilər.) Eyni zamanda bu iki kiçik xətt həyatınızın geri qalan qisiminin birdən necə dəyişəcəyini göstərir.

2. İlk ultrasəs müayinəsi
Bəli, körpə kiçikdir və demək olar ki, heç inkişaf etməyib. Hətta bəlkə də qurbağa balası və ya yer fıstığı kimi görünür. Lakin ana üçün körpəsini ilk dəfə görmək dünyaya dəyər. 9 ay boyunca daşıyacağınız körpənizin kiçik başını və kiçicik bədənini görə bilərsiniz. Və bu bənzərsiz fotoşəkilin kopyasını alıb hər kəsə göstərə bilərsiniz. Bu, sizin üçün dünyadakı ən möhtəşəm anlardan biridir.

3. Ürək döyüntüsünü eşitmək
Həkimlərlə görüşdükdən sonrakı mərhələ körpənin ürək döyüntüsünü eşitməkdir. Həkimin körpənizin ürək döyüntüsünün yaxşı olduğunu deməsi bizə yeni bir həyat bəxş etməsi deməkdir. Bu o deməkdir ki, siz artıq nizamlı həkimlə uşaq haqqında görüşəcəksiniz, amma ilk həyəcan artıq qalmayacaq.

4. İkinci dövr
Hamiləliyin ilk dövrünün sona çatmasıyla hər səhərki mədə bulanması və narahatlığa da son qoyulur. Çox insan hamiləliyi "bal ayı" olaraq adlandırır. Çünki bir çox xanım özünü daha çox özü kimi hiss edir, yoldaşıyla daha da səmimi olur və üçüncü dövrdəki kimi yorğun, halsız, kök hiss etmir. Siz xoşbəxt mədə bulantılarına və narahatlıqlara əlvida deyib bu dövrü çox gözəl bir şəkildə keçirə bilərsiniz.

5. İkinci ultrasəs müayinəsi
Bir neçə istisna xaricində bir çox hamilələr 20-ci həftədə ikinci ultrasəs müayinəsinə alınır. Bu müayinədə körpənizi daha ətraflı görmə fürsəti ələ düşəcək. Siz xoşbəxt körpənin cinsiyyətini də öyrənə bilərsiniz. Beləcə, qız ya da oğlan olduğuna dair söz-söhbətlərə son qoyularkən, sıra qiymətli körpənizə ən uyğun adı tapmağa gəlir.

6. Körpəni hiss etmək
Analar körpələrini ümumiyyətlə 18-22-ci həftələr arasında hiss etməyə başlayırlar. Əgər ikinci hamiləlikdirsə, daha tez də ola bilər. Çünki analar daha əvvəldən bu hissi yaşadıqları üçün ağrı və körpə hərəkətləri arasındakı fərqləri bilirlər. Körpənin içinizdə hərəkət etməsi çox gözəl bir hissdir. Bu hissi təsvir etmək qeyri-mümkündür, amma tək sözdən istifadə edərək belə deyəcəyik - inanılmazdır...

7. Ad
Bəli, bir az ağrılı bir an, uzun və yorucu bir müddətdir, amma sonda yeni dünyaya gələn körpəni qucağa aldıqda bunun dünyadakı ən qiymətli şey olduğunun şahidi olacaqsınız. 4-cü həftə müddətində bətninizdə daşıdığınız körpə indi qucağınızdadır. Doğulduğu vaxtdan etibarən sizi tanıyacaq və bu, sizə böyük xoşbəxtlik verəcək. Ağladığı zaman qollarınız arasında olarkən anasının qucağında olduğunu hiss edəcək, birdən sakitləşəcək və rahatlaşacaq. Bu hissi həyatı boyu yaddan  olacaq.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 2 747
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri