Hamiləykən də gözəl olun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 798
Səs ver:
(səs: 1)
Həkimlər hamiləykən gözəllik qalmaqla bərabər, sağlam olmaq üçün də bəzi təkliflər edirlər.

Dəriyə qulluq
Hamiləlik dövründə dərinizdə əhəmiyyətli dəyişikliklər meydana gəlir. Dəri çatları mexaniki təsirlərə (rəhmin böyüməsi) bağlı olaraq meydana gələrkən, sızanaq və dəri ləkələri kimi problemlər hormonal dəyişmələrlə əlaqədar ortaya çıxır. Xüsusilə yaz aylarında dərinizi günəşdən qorumaq, bu ləkələrin meydana gəlməsinin qarşısını alar. Bəzi ana namizədlərinin hamiləlik dövründə dəri quruluşu çox quru, bəzilərində həddindən artıq yağlı ola bilər. Müəyyən qaydalara əməl edərək dəriyə qulluq davam etdirilə bilər. Dərinin nəm tarazlığını qorumaq üçün istifadə edilən gündəlik kremlər hamiləlikdə də istifadə edilə bilər. Quruluq ilə əlaqəli meydana gələ biləcək çatlardan qorunmaq üçün bu məqsədlə istehsal olunmuş lanolinli kremlər, kakao və badam yağı istifadə edə bilərsiniz. Dəri quruluğunu əngəlləmə üçün çox isti suyla yuyunmaq məsləhə deyil. Xüsusilə yaz aylarında çox tez-tez duş almanın da dəri quruluğuna yol aça biləcəyi və maye qəbuluna diqqət yetirilməsi lazım olduğu unudulmamalıdır. Aromaterapiya məhsullarının məzmunu tam olaraq araşdırılmamış olduğu üçün bu məhsulların hamiləlik dövründə istifadə edilməsini təklif etmirik. Dərisi sızanaqlara meyli olan ana namizədlərində bu problem xüsusilə ilk 3 ayda diqqətə çarpan hala gələ bilər. Ana namizədi öz həkimi ilə məsləhətləşmədən heç bir sızanaq aradan qaldırıcı məhsul istifadə etməməlidir. Dəri üçün ən ideal qulluq, üzün nizamlı olaraq uyğun bir təmizləyici ilə gündə 2 dəfə təmizlənməsidir. Glikolik turşulu məhsullar, hamiləlik dövründə istifadə edilə bilər. Yaşlanmağı gecikdirən, qırışları aradan qaldıran, ləkələri, tükü yox edən xüsusi dəri məhsullarından imtina etməlisiniz. Bu məhsulların məzmunlarında çox sayda, təsiri tam olaraq aydınlaşdırıla bilinməmiş maddə vardır. Hamiləlikdə dəri dəyişikliklərinin səbəbi artan hormonlardır.
 
Dırnağa qulluq
Dırnaqların dərinin bir çıxıntısı olaraq qəbul edilməsi lazımdır. Dırnaqlar, qanın oksigen kafiliyi haqqında anesteziya həkiminə əhəmiyyətli məlumatlar verir.

Çatlar
Hamiləlikdə qadınların əhəmiyyətli bir qisimində qarın dərisində, ombalarda və sinədə çatlar yaranır. Bu dərinin həddindən artıq dartılması ilə ortaya çıxan bir dəyişmədir və çox vaxt çatlayan bölgələrdə narahat edici bir qaşıntı da olur. Hamiləlik dövründə qırmızı görünüşdə olan çatlar, körpənin doğulmasından sonra qısa zamanda gümüşü bir rəng alır və qalıcı olur. Çatlar, çox nadir vəziyyətlərdə kosmetik problem yaradacaq qədər böyük ola bilər.

Saça qulluq
Ana namizədlərinin çoxunda saçlar hormonal dəyişikliklər səbəbi ilə daha parlaq bir hal alır. Bəzi ana namizədlərində saçlarda yağlanma, qırılma, tökülmə görülə bilər. Bu dövrdə saça qulluq daha da çətin olduğundan ən yaxşısı qısa kəsdirməkdir. Çox tez-tez, sərt hərəkətlərlə saçınızı daramanız doğru deyil. Xüsusilə doğumdan sonrakı günlərdə sürətli bir şəkildə saç tökülməsi ortaya çıxa bilər. "Telogen affluvium" adı verilən bu vəziyyətdə tüklərin böyümə fazalarının hormonal səviyyələri artar. Müalicə tələb edən bir vəziyyət deyil. 3-6 ay sonra özbaşına düzələr.
 
Paltar seçimi
Xüsusilə hamiləliyin 4-cü ayının əvvəlindən etibarən artıq köhnə paltarların, xüsusilə də büsthalterin dar gəldiyi hiss edilə bilər. Bu mərhələdə hələ daha "hamilə paltarı" satın alınmasına ehtiyac olmasa da, bol paltarlar daha rahat hiss etməyi təmin edə bilər. Ana namizədlərinin çoxu, hamiləlikdə istiyə həssas hala gələrlər və bu səbəblə daha yüngül paltarlar seçirlər. Yenə də xüsusilə qış mövsümündə yüngül də olsa, mövsüm şərtlərinə uyğun, isti tutan paltarlar seçilməlidir. Hamiləlikdə paltar seçimində maksimum azadlıq təməl qaydadır. Ana namizədləri həmişə rahat hiss edəcəkləri paltarlar seçməlidir. Streç dar seqmentli şalvarlar ayaqlardakı dövranını əngəlləyərək damar genişlənməsinə səbəb ola bilər. Hamiləlikdə ayaqqabı seçimi də çox əhəmiyyətlidir və alçaq dikdaban ayaqqabılar seçilməlidir. Topuqsuz və yüksək dikdaban ayaqqabılar, təbii tarazlıq mərkəzini dəyişdirərək bel ağrısına səbəb ola bilər.
 
Duş
Hamiləlikdə hormonların təsiriylə ana namizədləri daha çox tərləyir. Bu səbəblə də xüsusilə yaz aylarında gündə bir neçə dəfə duş qəbul etmək ehtiyacı hiss edə bilərlər.
Gündəlik yuyunma sayında bir məhdudlaşdırma yoxdur, ancaq bəzi nöqtələrə diqqət edilməlidir. Əvvəlcə vannaya girib çıxarkən sürüşməmək üçün lazımlı tədbirlər alınmalıdır. Bədənin ağırlıq mərkəzi dəyişdiyindən və yenə ani qalxmalarda təzyiqin düşməsinə meylli olunduğundan vannaya girərkən və vannadan çölə çıxarkən xüsusilə diqqət edilməlidir. Vannanın içinə və girişinə, sürüşməyin qarşısını alacaq plastik xalçalar əlavə etmək yaxşı bir həlldir. Xüsusilə son 3 ayda vannaya girərkən və çıxarkən yaxınlarından kömək istəmək məsləhətdir. Hamiləliyi izləyən həkim əksini söyləmədikcə, vanna qəbulunda bir qorxu yoxdur. Duş suyunun istiliyinin çox yüksək olmamasına diqqət edilməlidir.

Diş sağlamlığı
Hamiləlikdən əvvəl dişlərə verilən əhəmiyyət hamiləlikdə də eynilə davam etdirilməlidir. Dişlər, gündə ən az bir dəfə fırçalanılmalıdır. Şirin yeməklərin ağızda bir neçə saat belə qalmasının dərhal çürük meydana gəlməsinə gətirib çıxardığı unudulmamalıdır və diş sağlamlığına lazım olan diqqət göstərilməlidir.
 
İdman təklifləri
Əvvəldən etməyə öyrəşdiyiniz idman hərəkətlərinin çoxunun tətbiqinə davam edilə bilər. Ancaq hamiləlik dövrü, qan dövranı sistemində əhəmiyyətli dəyişikliklər meydana gətirdiyindən, hansı idmanl tətbiq etməmək lazım olduğu və hansı mərhələdə dayanılması lazım olduğu bilinməlidir.

Gözəllik məhsullarına diqqət!
Hamiləlik davam etdikcə gözəlliyi qorumanın yolu, əlbəttə ana namizədinin öz etdiyi tədbirlərlə birlikdə, istifadə edəcəyi gözəllik məhsullarıdır. İstifadə edilən məhsullardan bəziləri körpənin sağlamlığını mənfi təsir edə bilər. Baxımsız olmağı heç bir qadın seçməz. Baxımsız dırnaqlar, arada ağların göründüyü və ya boyası solmuş saçlar… Bütün bunlar üçün edilən tək iş- gözəllik salonuna getməkdir. Yaxşı hamiləlikdə zərəri hələ sübut edilməmiş olan saç boyama əməliyyatını, ana namizədi ən sağlam üsullan necə edə bilər? Hamiləlikdə saç rəngləmənin körpəyə nə kimi təsirləri olduğunu araşdıran işlər kafi olmadığından 10-cu həftəyə qədər saçlarınızı boyatmamanız, 10-cu həftədən sonra isə orqanik boya istifadə edilməsi məsləhət görülür. Orqanik saç boyalarını saç ustanızdan tələb edə bilərsiniz. Əhəmiyyətli olan, bu mövzuda təkid etmənizdir. Saç düzləşdirmə və permada (saçı burmaq) isə saç köklərinə kimyəvi əməliyyat tətbiq olunduğundan, bu əməliyyatlar hamiləlik dövründə tövsiyə edilmir.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 798
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri