Hamilə qadınlar hansı çaydan içməlidirlər?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 6 548
Səs ver:
(səs: 2)
Hamiləlik dövründə qadının adi həyat tərzi tamamilə dəyişir. Geyimə və ayaqqabıya böyük əhəmiyyət verilir, yemək seçicisi olur, adi su isə ən yaxşı içki olur. Hamilə qadınlar sudan əlavə çay da içə bilərlər. Lakin onlar çayın keyfiyyətinə və miqdarına ciddi riayət etməlidirlər.

Hamilə qadınlar hansı çaydan içməlidirlər?

Əgər çay istehlakının faydaları haqqında sual verilibsə, iki seçiminiz var: yaşıl və qara çay. Xeyirlisi isə yaşıl çaydır. Çünki yaşıl çayın tərkibində çoxlu xeyirli maddələr vardır. Qara çayın da faydaları var. Tərkibində maqnezium, kalium, fosfor, kalsium vardır. Hamilə qadınlara qan təzyiqini aşağı salmağa kömək edir. Qadınlara hamiləlik zamanı südlü çay və ya tünd olmayan çay içmək məsləhət edilir. Uzun müddətə dəmlənmiş çay kofeinlə zəngindir.

Ekzotik çay (ağ) içmək immuniteti artırır. Ağ çay dərinin rəngini yaxşılaşdırır, ürək üçün faydalıdır. O, kiçik qan damarlarını möhkəmləndirir. Ağ çayın istifadəsi zamanı diş minası möhkəmlənir ki,  bu da hamiləlik zamanı çox vacibdir.

Hamilə qadınlara meyvələrdən itburnu, dəmir, B və C vitaminləri ilə zəngin olan çayları içmək tövsiyə olunur.

Həzmi yaxşılaşdırmaq üçün nanəli çay içmək tövsiyə olunur. Hamilə qadın gün ərzində çox yox, bir fincan çobanyastığı çayı içə bilər, amma uşağın düşmə təhlükəsi varsa, istifadə etmək məsləhətli deyil. Ot çayları hamiləliyin yaxşı keçməsinə müsbət təsir edir.

Ən gözəli isə həkimlə məsləhətləşərək çay növü qəbul etməkdir.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 6 548
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri