Hamiləliyə hazırlıq üçün ümumi təkliflər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 373
Səs ver:
(səs: 0)
Baş ağrısı və hamiləlik

Normal bir hamiləlik dövrü keçirmək üçün çox yaxşı bir plan qurmaq lazımdır. Hamilə qalma planınızı həyata keçirərkən sizin üzərinizə düşən bəzi vəzifələr vardır. Aşağıda yazılanlar hamilə qalmağı planlaşdırdığınız andan etibarən diqqət etməyiniz lazım olan nüanslardır.

Prekonsepsional görüş (hamiləlikdən əvvəl müayinə) anlayışı

İlk etməyiniz lazım olan şey hamiləlikdən əvvəl bir həkim müayinəsindən keçməkdir. Bu müayinənin məqsədi hamiləlik, doğum zamanı ya da doğuşdan sonra anormal vəziyyətlərin meydana gəlmə riskini artıracaq "risk faktorlarının" müəyyənləşməsi və hamilə qalmazdan əvvəl lazım olanların müalicə edilməsi (qan azlığı, infeksiya kimi), hamiləlik təqibini dəyişdirilə biləcək xüsusiyyətləri təyin edərək hamiləlik zamanı təqib planının çəkilməsidir (əvvəllər uşaq salma, ölü uşaq doğmuş olma, erkən doğum olmaq kimi).

Mütəmadi  olaraq istifadə etməyə məcbur olduğunuz dərmanların hamiləliyə görə təkrar nizama salınması da bu müayinədə diqqətə alınacaqdır.

Həyat tərzini nəzərdən keçirərək lazım olan dəyişiklərin edilməsi

Hamilə qalmağı planlandığınız andan əgər siaqaret çəkirsinizsə, bu vərdişi tərk etməli və eyni zamanda siqaret çəkilən yerdəndə uzaq olmalısınız. İçki və bu kimi zərərli vərdişləriniz vardırsa, onlardan çəkinməlisiniz və istifadəsinə son qoymalısınız.

Civzə (sızanaq) dərmanlarının bəziləri erkən hamiləlik dövründə istifadə edildiyi zaman inkişaf etməkdə olan körpə üçün həddən çox təhlükəli ola bilir. Ağrıkəsici olaraq parasetamol təkibli dərmaları istifadə etmək məsləhət görülür.

Nizamlı qidalanmağa elə indidən başlamalısınız. Başqa səbəblərlə həkimə müayinəyə getdiyiniz hər vəziyyətdə həkiminizi hamilə ola biləcəyiniz haqqında xəbərdar etməlisiniz.

Evinizdə pişik saxlayırsınızsa və toksoplazma tətqiqləriniz bu xəstəliyi keçirmədiyinizi göstərirsə, pişiyin nəcasətindən uzaq durmaq məsləhət görülür. Əlavə tədbir olaraq toksoplazmadan qorunmaq üçün çiy ət yeməkdən uzaq olmalsınız.  

Sauna, bədəni həddən çox yoran idman növləri hamilə qalmağı planlayanlar üçün uyğun fəaliyyət deyildir.

İş həyatı şərtlərinin nəzərdən keçirilməsi

İş yerində və evdə kompyuter istifadə edən ana namizədlərinin körpələrində anormal bir vəziyyətin meydana gəlmə riskində çoxalma müəyyən olunmamışdır. Əlavə olaraq qeyd edək kompyuterlər elektrik yüklənmiş atom və ya molekulun yaranmağı na səbəb olan hər hansı bir şüalanma yaymazlar. Yenə də əlavə bir tədbir olaraq kompyuterinizə ekran qoruyucu taxdırıb işinizə davam edə bilərsiniz.

Kimyəvi maddələrin istehsal olunduğu və ya ortaya çıxdığı iş növlərində işləyənlər isə (boya, sənaye kimi) yarana biləcək risklər üçün qurum həkiminə getməli və lazım olarsa, işlədikləri sahəni bir müddətlik dəyişdirməlidirlər. İş yerində şüalanmaya məruz qalanlar (rentgen və bu kimi aparatlarla işləyənlər) hamiləliyi planladıqları andan etibarən vəziyyəti işlədikləri yerdə səlahiyyətli olan birinə deməli və qurum həkiminin məsləhətilə şüalanma yayan mühitdən uzaq olmalıdılar
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 373
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri