Hamiləlikdə yeyilməsi vacib olan qidalar

Müəllif: Nazlı_qız
Şərhlər: 8
Baxılıb: 5154
Paylaş:
Səs ver:
(səs: 1)
Hər bir ana namizədi hamiləlikdə hansı qidaları yeməli olduğunu bilməlidir.  Hər hansı bir tərəvəz və ya meyvə yemək faydalıdır, lakin bəzi qidaları yemək, xüsusilə də hamilələr tərəfindən yeyilməsi həkimlər tərəfindən tövsiyə edilir. Vitamin tərkibli faydasından əlavə eyni zamanda hamiləlik müddətinin asan keçməsinə köməkçi ola biləcək qidalardır.  Artıq çəki yığmadan dünayaya sağlam körpə gətirmək imkanı verir.

Yumurta  
Omeqa-3 qaynağı olan yumurta hamiləlik zamanı çəkinin artmasına mane olan, körpənin inkişafına müsbət təsir göstərən vitaminlə zəngindir.  Yumurta zülal qaynağıdır, hətta yumurta ana südündən sonra ən yaxşı zülallardan biri hesab edilir. Yumurtanın tərkibindəki Omega-3 körpənizin beyin və göz inkişafı üçün faydalıdır.  

Kök  
Hamiləlikdə ara payda, qəlyanaltı kimi kök yeyin. Kök körpənizin diş, göz və sümük inkişafına kömək edən vitaminlərlə zəngindir. Kökü salatlara, şorbalara, piroq və ya kekslərə də əlavə edə bilərsiniz.  
Manqo  

Əgər tropik meyvə sevirsinizsə, manqo tam sizə görədir. Hamiləlik zamanı manqo yemək mütəxəssislər tərəfindən tövsiyə edilir.  
Manqo hamiləlik boyu yeyilə biləcək ən faydalı meyvələr sırasındadır.  Bu meyvə A, C vitamini və kalium cəhətdən zəngindir. Manqonu salatlarınıza, şirniyyatlarınıza əlavə edə bilərsiniz.

Qoz-fındıq  
Hamiləlik dövründə nizamlı qidalanmaq çox vacibdir. Hamiləlikdə qoz, fındıq, fıstıq, badam və quru meyvələr yemək lazımdır. Quru meyvələr sizin və körpənizin sağlamlığı üçün çox vacib olan yağlara sahibdir. Qoz-fındıq maqnezium, mis, kalium, kalsium və vitamin E tərkiblidir. Bu vitaminlər körpənizin beyninin inkişafına müsbət təsir edir. Həddindən artıq yeməməyə də diqqət edin.

Yulaf  
Yulaf xüsusilə qəbizlikdən əziyyət çəkən hamilələr üçün möhtəşəm bir qidadır. Yulaf lif və B vitamini  ilə zəngindir. Naharda yulaf əzməsi yeyə, tort və ya kekslərin tərkibində un kimi istifadə edə bilərsiniz.  
Hamiləlikdə yeyilməsi vacib olan qidalar

Qırmızı bibər  
Qırmızı bibər A, C, B6 vitaminləri ilə zəngindir. Bunlar həm ananın, həm də körpənin  alması lazım olan vitaminlərdir. Az yağda pendirlə birlikdə qovurub yesəniz, pendirdəki kalsiumdan da faydalanmış olarsınız.

Qatıq  
Hamiləlikdə yetəri qədər kalsium almağınız vacibdir.  Bu, körpənizin sümüklərinin inkişafı üçün vacibdir. Qatıqda bol miqdarda fol turşusu vardır. Yağsız yoğurtlar və ya yarım yağlı qatıq yemək, lazımsız çəki artımına da mane olacaq.   

Mərcimək  
Zülal və fol turşusu hamiləlikdə körpənin inkişafı üçün çox vacibdir. Odur ki, bunları mərcimək vasitəsi ilə tamamlaya bilərsiz. Mərcimək zülal və fol turşusundan əlavə eyni zamanda dəmirlə də zəngindir. Bu isə körpənizin qan-damar sistemi üçün xüsusi əhəmiyyət kəsb  edir. Eyni zamanda yüngül qida olmaqdan əlavə qəbizlik yaşayan hamilə xanımlar üçün əvəzedilməzdir.  

Avokado  
Hamiləliyinizdən zövq almalı olduğunuz zaman səhər bulantıları ilə mübarizə aparırsınız? Avokado bu cəhətdən sizə kömək olacaq. Avokado bol lif, fol turşusu, B6 və C vitaminləri ilə zəngindir. Lifli quruluşu sayəsində qəbzliyin qarşısını alır, bulantını kəsir, körpənin beyin və sinir sisteminin inkişafına müsbət təsir edir. 

loading...
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 5154
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Catwoman666
bu qidalari men de cox sevirem. hamileler yediyi qidalara daha cox onem vermeli ve daha vitaminli qidalar yemelidir
21 iyun 2015 21:12
8
Viking
Offline
talis balasi
Bunlardan demey olar heeec birini yemirem((((birce qoz findiq oda az
21 iyun 2015 19:05
7
Offline
ell.nell
Emel edecem mutleq.Hele bir yemek yemeye başlayım InşAllah
21 iyun 2015 18:54
6
Offline
vipbetul
hamile xanimlarcin lazimli melumatdi
21 iyun 2015 18:47
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Tomris Müslümova
menim bacim yumurta yeyirdi hamilelikde ona allergiya verirdi menfi tesir gosterirdi
21 iyun 2015 18:46
4

Sən sadəcə mənimsən...!
Offline
WiRiN BaLaM
hamilə vaxtı burda yazılanlardan tekce qatıq yemisem..şükür hec bir problemde olmayıb
21 iyun 2015 18:32
3
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Offline
yarpaq33
Hamilelercun lazimli melumatdi
21 iyun 2015 18:18
2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
BARBI
Hamilelikde yeyilmesi vacib qidalar coxdur. Hamisini yemek lazimdirki korpe saglam olsun
21 iyun 2015 18:01
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv