Hamiləlik zamanı soyuqdəymə: səbəbləri və müalicəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 229
Səs ver:
(səs: 0)
Hamiləlik dövründə zökəm niyə əmələ gəlir?
Hamiləlik zamanı zökəm və burunun tutulması təngnəfəslik, rahatsızlıq səbəbi ola və gələcək uşağın sağlamlığı üçün narahatçılıq doğura bilər. Hamiləlik zamanı zökəmin mümkün bir neçə səbəbi mövcuddur:
Soyuqdəymə (adi virus yoluxması)
Hamiləlik 9 aya yaxın bir müddətdə davam edir və praktiki olaraq həmişə ilin bir neçə soyuq fəslini əhatə edir, hansı o zamanlarda soyuqdəyməyə məruz qalma təhlükəsi əhəmiyyətli dərəcədə artır. Virus yoluxmaları, praktiki olaraq həmişə, oxşar əlamətlərlə müşahidə edilirlər: zökəm, boğazda ağrılar, bədənin yüksək hərarəti və hərdən öskürmələr. Əgər sizdə zökəmdən əlavə bütün sadalanan əlamətlər vardırsa, deməli bu məhz soyuqdəymədir.
Sinusit (burun sinuslarının iltihabı), xüsusən də qaymorit
Hamiləlik dövründə orqanizmin qoruyucu qüvvələri zəiflənmiş ola bilər, buna görə də burun sinuslarının iltihabı təhlükəsi bir qədər yüksəlmiş olur. Sinusit (həmçinin qaymorit) zökəm, bədən hərarətinin yüksəlməsi, baş ağrıları və üz nahiyəsində (gözlərin altında və üstündə) təzyiq hissləri doğurur. Sinusit zamanı zökəm adətən irinli olur: burun ifrazatları sarımtıl və ya yaşıla çalan rəngdə olur. Əgər sizdə belə əlamətlər yaranmışdırsa, mümkün olan qədər təcili şəkildə həkimə müraciət etmək lazımdır (terapevtə və otorinolaringoloqa (LOR)).
Allergiya
Hamiləlik – sizin orqanizminizin ətraf dünyaya öncədən ehtimal edilə bilməyən reaksiyaları dövrüdür. Əgər sizdə əvvəllər heç vaxt allergiya olmamışdırsa da, hamiləlik zamanı o yarana bilər. Əgər zökəmin səbəbi məhz allergiyadırsa, onda siz asqırma, burun və boğaz nahiyəsində qaşınma qeyd edəcəksiniz. Allergiyalı zökəm zamanı burun ifrazatları şəffaf, sulu olur. Həmin əlamətlər adətən müəyyən vəziyyətlərdə - sizin allergenlə rastlaşdığınız halda (misal üçün, siz toz qarşı allergiya ola-ola tozlu bir otağa daxil olursunuz, əgər sizdə pişik tükünə qarşı allergiya varsa da pişiyin yanında oturursunuz) meydana çıxır.
Hamilələrin zökəmi
Mümkündür ki, siz əvvəllər bunu eşitməmisiniz, lakin hamiləliyin özü də zökəmin səbəbi ola bilər.
Hamilələrin zökəmi nə deməkdir?
Hamilələrdə zökəm kifayət qədər tez-tez qeydə alınır: hamilə qadınların təxminən 30% bu xəstəlikdən əziyyət çəkir. Hamiləlik zökəmi gələcək ananın orqanizmindəki hormonal dəyişikliklər nəticəsində əmələ gəlir. Estrogen hormonunun yüksək səviyyəsi hamiləlik zamanı burunun selikli qişasının ödəmini yarada və burundan ifrazatların baş verməsinə yol aça bilər. Hamilələrdə zökəm hamiləliyin ilk həftələrindən başlaya və uzun həftələr və hətta aylarla davam edə bilər. Bəzi qadınlarda zökəm hamiləliyin birinci üç aylığının sonunda keçib gedir, digərlərində isə ancaq doğuşdan sonra başa çatır.
Sizin zökəm xəstəliyinizin hamiləliklə əlaqədar olmasının əsas əlamətləri:
Burunun tutulması sizin hamilə olduğunuzu bilmənizdən dərhal sonra və ya  bundan bir qədər də əvvəl baş verir.
Burundan ifrazatlar şəffaf, suludur.
Zökəm sizin uzandığınız vaxtlarda yaranır və ya güclənir (misal üçün, axşamlar yatmağa hazırlaşdığınız zaman və ya səhərlər yuxudan oyandıqdan sonra).
Zökəm tez-tez baş verən asqırmalarla müşayiət edilir.
Sizdə zökəmdən əlavə yüksək bədən hərarəti, boğazda ağrılar, öskürək, baş ağrıları kimi digər əlamətlər olmur.
Hamiləlik zamanı qanla qarışıq zökəm
Hamilə qadınlarda zökəm tez-tez burundan qanaçılmalarla müşayiət edilir, burun ifrazatlarında isə qançillər və qan əlamətləri görünə bilər. Bu təhlükəli deyil və orqanizmdə qaçılmaz olaraq hamiləliklə əlaqədar olan dəyişikliklərlə əlaqədardır. Burundan tez-tez qan açılmasının səbəbi ondadır ki, orqanizm hamiləlik zamanı daha çox qan emal edir. Qan burun damarlarında qala bilir ki, burada asanlıqla zədələnir və dağılır, bu da təhlükəsiz qanaxmalarla müşayiət edilir. Əgər hamilə qadın zökəmdən əziyyət çəkirsə, tez-tez burun silmələr də selikli qişanın xırda damarlarının zədələnməsinə gətirib çıxarır, buna görə də burun ifrazatlarında qan qatışıqları ola bilər.
Hamiləlik zamanı zökəm gələcək uşaq üçün təhlükəlidir?
Bir qayda olaraq, zökəm gələcək uşağın sağlamlığı üçün təhlükə törətmir. Hamiləlik zamanı olan zökəm, hətta burundan tez-tez qanaxmaların olması halında belə nə hamilə qadın, nə də gələcək uşaq üçün təhlükəli deyil. Əgər zökəm soyuqdəymə, sinusit (qaymorit) əlamətləri ilə müşayiət edilirsə yaxud allergiya zökəminə xas olan əlamətləri varsa, hamilə qadına mütəxəssis məhləshəti və zəruri halda dərmanla müalicə tələb edilə bilər.
Hansı halda həkimə müraciət etmək lazımdır?
Əgər zökəmdən əlavə sizdə aşağıda göstərilən əlamətlər də müşahidə edilirsə, həkimə mümkün qədər tez müraciət edin:
Baş ağrıları
Üz nahiyəsində )gözün altında və üstündə ağrılar və təzyiq hissi
Bədən hərarətinin 37.50 C və daha yüksək həddə qədər yüksəlməsi
Burun ifrazatları sarımtıl və ya yaşılı rəngə çaldıqda
Udma zamanı boğazda ağrılar
Öskürək
Dəridə qırmızımtıl səpkilərin əmələ gəlməsi (allergiya əlaməti ola bilər)
Hamiləlik zamanı zökəmin dərmanlarsız müalicəsi
Bütün qadınlara yaxşı məlumdur ki, hamiləlik dövründə mümkün qədər dərmanlar qəbulunu məhdudlaşdırmaq lazımdır, hansılar ki, plasentdən keçərək körpənin orqanizminə düşə bilərlər.
Aşağıda verilən məsləhətlər sizə zökəmin öhdəsindən dərman vasitələrinin köməyi olmadan gəlməkdə yardımçı ola bilər:
Buxar müvəqqəti olaraq burun tutulmasını aradan qaldıra və tənəffüs yollarını açmaq nəfəs almanı asanlaşdıra bilər. İsti duş qəbul edin və bundan sonra bir müddət vanna otağında qalmaqla su buxarını qəbul edin.
Hava nəmləndiricisi alın və onu öz yatağınızın yaxınlığında qoyun. Diqqətli bir şəkildə nəmləşdiricinin təlimatı ilə tanış olun, belə ki, o su və süzgəcin tez-tez dəyişilməsini tələb edir.
Yuxu saatları üçün başınızın altına çox yastıq qoyun ki, başınız mümkün olan qədər yüksəkdə qalsın. Bu hamiləlik dövründə qıcqırmanı aradan qaldıra və ya zəiflədə bilər.
Təmiz havada gəzinti həmçinin bir müddəti zökəmi yaddan çıxarmağa kömək edə bilər. Çirkli havası olan yerlədə gəzintidən çəkinin, bu allergik zökəmin yaranmasına təkan verə bilər.
Qıcıqlandırıcı maddələrlə təmasdan uzaq durun : siqaret tüstüsü, işlənmiş qazlar, rənglər və s. Onlar zökəmi gücləndirə və körpəyə ziyan yetirə bilər.
Hamiləlik dövründə zökəmə qarşı hansı dərmanları qəbul etmək olar?
Əgər zökəm normal yaşmağa və işləməyə mane olursa, yuxarıda verilən məsləhətlər kömək etmirsə, sizə dərman müalicəsi lazım olacaq. Zökəmə qarşı bir neçə dərman vasitəsi qrupu mövcuddur ki, onları hamiləlik dövründə qəbul etməyə icazə verilir. Onlardan bəzilərini, əgər dərmanların potensial xeyri körpə üçün potensial ziyanı üstələyirsə,  ancaq həkim məsləhəti ilə qəbul etmək lazımdır. Belə vasitələrə damardaraldıcı preparatlar aiddir (Nafazolin, Dlyanos, Nazol, Naftizin, Otrivin, Nazivin və s.). Bir qayda olaraq, bu dərman vasitələri ilə müalicə dövrü bir neçə günlə məhdudlaşır. Zökəmə qarşı hamilələr üçün ikinci vasitələr qrupunu antigistamin preperatları təşkil edir. Antgistamin qrupundan olan preparatlardan ancaq bəziləri hamiləlik dövründə qəbul edilmə üçün icazə verilir və ancaq müvafiq göstəricilərin mövcud olması halında müalicə həkiminin təyinatı ilə qəbul olunur.
Diqqət! Hamiləlik dövründə istifadə etməzdən  əvvəl mütləq öz müalicə həkiminizlə məsləhətləşin. Qəbul ediləcək dərman vasitəsinin üzərindəki təlimatı diqqətlə oxuyun.
Duz məhlulları və dəniz suyu
Bu hamilələr üçün zökəmə qarşı ən təhlükəsiz vasitələrdir ki, reseptsiz apteklərdən əldə etmək və ya hətta müstəqil olaraq hazırlamaq mümkündür. Duz məhlulları və dəniz suyunun təsir etmə prinsipi aşağıdakından ibarətdir: dərmanda duz tərkibinin yüksək konsentrasiyası səbəbindən maye artıqları hüceyrələrarası boşluğu tərk edir ki, bu ödəmin kiçilməsinə və burun qişasının xırda qan damarlarının daralmasına gətirib çıxarır. Bunun sayəsində burunun tutulması hissi sizi tərk edir, asqırma azalır və burundan ifrazatların miqdarı aşağı düşür. Duzlu su qana sovrulur, orqanizmə heç təsir göstərmir və zizin gələcək körpənizə heç bir ziyan törətmir. Duz məhlulu müstəqil olaraq ev şəraitində də hazırlana bilər. Məhlulun hazırlanması üçün bir stəkan qaynadılmış isti su götürmək və onda bir çay qaşığı xörək duzunu qarışdırmaq lazımdır. Əldə edilmiş məhlulu buruna damcılamaq və ya onun burunu təmizləmək mümkündür.  
Diqqət! Hamiləlik dövründə istifadə etməzdən  əvvəl mütləq öz müalicə həkiminizlə məsləhətləşin. Qəbul ediləcək dərman vasitəsinin üzərindəki təlimatı diqqətlə oxuyun.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 229
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri